Modern.az

Azərbaycan seçicisinin 1995-ci ildən yeniləmədiyi SEÇKİ REKORDU 

Azərbaycan seçicisinin 1995-ci ildən yeniləmədiyi SEÇKİ REKORDU 

10 Fevral 2020, 21:49

Ötən gün Azərbaycanda VI çağırış parlament seçkiləri yekunlaşdı.

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqlamasılna görə, seçkilərdə seçici fəallığı 47,81% təşkil edib. Belə ki, səsvermə hüququ olan 5 milyon 329 min 461 nəfərdən 2 milyon 547 min 982 nəfəri səsvermə hüququndan istifadə edib.

 

Maraqlıdır ki, bu Azərbaycanda parlament seçkiləri tarixində ən aşağı göstəricilərdən biridir.

Modern.az Azərbaycan parlamentinə keçirilən bundan öncəki 5 seçkidə seçici fəallığını rəqəm və faizlə MSK-ya istinadən təqdim edir.  

 

1995-ci ildə Milli Məclisdə I çağırış seçkilərdə qeydə alınan seçici fəallığı sonradan keçirilən 5 seçkidə təkrarlanmayıb.

 Belə ki, 1995-c il 12 noyabrda seçici siyahısındakı 4 milyon 132 min 600 seçicidən 3 milyon 556 min 277 nəfər seçkidə iştirak etmişdi. Bu isə seçici fəallığının 86,05% olduğunu göstərir.

 

2000-ci il noyabrın 5-də II çağırış parlament seçkiləri də yüksəsk seçici fəallığı ilə seçildi. Seçki siyahısındakı 4 milyon 212 min 915 seçicidən mütləq əksəriyyəti – 2 milyon 897 min  864-ü Konstitusiya hüququndan istifadə edərək səs vermişdi. Bununla da seçici fəallığının 68,93% olduğunu göstərdi.

 

2005-ci il noyabrın 6-da Milli Məclisə III çağırış seçkilər baş tutdu. Bu dəfə Mərkəzi Seçki Komissiyasının seçici siyahısında 4 milyon 675 min 572 nəfər yer almışdı. Onlardan 1 milyon 974 min 36 nəfər seçki məntəqələrinə üz tutmuşdu. Ümumi seçicilərin 42,22%-nin iştirak etdiyi 2005-ci il seçkiləri tarixdə həm də ən aşağı fəallıqla seçilən seçkilər idi.

 

2010-cu il 7 noyabr tarixində IV çağırış Milli Məclis seçkiləri baş tutub. Seçici siyahısı daha da artaraq 4 milyon 928 min 594 nəfər çatıb. Seçkilərdə onların 2 milyon 442 min 365 nəfəri qatılıb. Bu seçici fəallığının 49,5% olduğunu göstərir.

 

2015-ci ildə noyabrın 1-də V çağırış seçkilərdə qeydə alınmış 5 milyon 211 min 765 seçicidən 2 milyon 894 min 515 nəfər iştirak etmişdi. Seçici fəallığı bu səfər 55,7%-ə yüksəlmişdi.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir