Arxiv
12 Fevral 2020, 20:18 | MEDİA
Mətbuat Şurası KİV təmsilçiləri ilə bağlı bəyanat yaydı
Azərbaycan Mətbuat Şurası medianın 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərini və seçkidən sonra yaşanmış hadisələri cəmiyyətə çatdırmaq meyllərini müşahidə edib və etməkdədir.


Modern.az  xəbər verir ki, bu, Mətbuat Şurasının bəyanatında deyilir:

"Qurum bu xüsusda jurnalistlərin istər fevralın 9-da müxtəlif seçki məntəqələrindəki vəziyyəti, istərsə də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının binası önündəki aksiyanı işıqlandırmalarını, bununla əlaqədar yayılmış video-görüntüləri diqqətdə saxlayıb.

MŞ yaşanmış mübahisələrin, anlaşılmazlıqların, gərgin durumların söz azadlığı müstəvisində dəyərləndirilərək kütləvi informasiya vasitələrinin işinin məhdudlaşdırılması kontekstinə daşınmasından, belə fikir və mülahizələrin formalaşmasına əsas verən şübhəli durumların yaranmasından narahatdır.

Parlament seçkilərinin və onunla bağlı proseslərin işıqlandırılması fonunda narahatlıq doğuran vəziyyət yalnız Mətbuat Şurasını deyil, bütövlükdə ölkəmizin media ictimaiyyətini, jurnalist cameəsini, Azərbaycan dövlətinin müvafiq strukturlarını düşündürməlidir. Hər bir qütb üzərinə düşən missiyaya həssaslıqla yanaşmalıdır. Çünki seçki xalqın və dövlətin taleyində son dərəcə böyük əhəmiyyət daşıyan tarixi olaydır. Onu layiqincə başa çatdırmaq ölkəmizin gələcəyi, beynəlxalq miqyasdakı imici baxımından müstəsna önəm daşımaqdadır. Şura seçkinin fəaliyyət tərəflərinin, ən əsası isə cəmiyyətin hərəkətverici qüvvəsi sayılan KİV nümayəndələrinin məhz bunu rəhbər tutmalarını vacib sayır.

Azərbaycan Mətbuat Şurası jurnalistləri seçki materiallarının təqdimatına peşəkar yanaşmağa, bununla bağlı həssaslıq nümayişinə çağırır. Qurum hesab edir ki, onlar heç bir halda bu və ya digər tərəfin təmsilçisi qismində görünməməli, peşə borclarını obyektiv yerinə yetirməlidirlər. Düşünməlidirlər ki, istənilən məsələyə, o cümlədən seçkiyə peşəkar soyuqqanlılığı ilə münasibət göstərməklə onu cəmiyyətə doğru-dürüst çatdırmaq imkanları daha genişdir. 9 fevral parlament seçkilərində belə məsuliyyətli yanaşmalar az deyildi. Ancaq bır sıra hallarda ayrı-ayrı jurnalistlərin xüsusən hüquq-mühafizə orqanları əməkdaşları ilə açıq ziddiyyətlərə getdikləri, təhrikedici mövqe tutduları diqqətdən yayınmadı.

Mətbuat Şurası eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşlarını da peşə fəaliyyətlərinə daha həssas yanaşmağa çağırır. Onlar hərəkət və davranışlarının jurnalistlərə maneçilik cəhdi kimi dəyərləndirilməsinə şübhələr yaratmamalı, media üçün sərbəst iş imkanı verməlidirlər. Həmçinin KİV təmsilçilərini etiraz aksiyası iştirakçılarından ayrı tutmağı bacarmalıdırlar. Nəzərə almalıdırlar ki, bununla bağlı hər hansı qeyri-adekvat davranışda söz və ifadə azadlığının məhdudlaşdırılması, cəmiyyətin informasiya tələbatının ödənilməsinə əngəl olaraq qiymətləndirilmə ehtimalı böyükdür. O da nəzərə alınmalıdır ki, belə qiymətləndirmələrə ayrı-ayrı anti-azərbaycançı qüvvələrin məqsədli siyasi çalarlar gətirmək meylləri tendensiya halını alıb.

Azərbaycan Mətbuat Şurası sui-istifadə hallarını, jurnalistlərin hansısa prosesdə tərəf kimi çıxış etmələrini qətiyyətlə pisləyir. Şura bildirir ki, peşə borcunu yerinə yetirən jurnalistlərin kütləvi aksiyalara üzərində “PRESS” yazılmış gödəkçələrdə qatılmaları mütləqdir. Gödəkçələrdən istifadə onların aksiya iştirakçılarından fərqlənmələri, hüquq və mənafelərinin toxunulmazlığı baxımından vacib məqamdır".

Mətbuat Şurası jurnalist hüquqlarının müdafiəsinə hər zaman olduğu kimi, yenə də həssas yanaşaraq müvafiq dövlət orqanlarını KİV təmsilçiləri ilə mübahisəli durumların müşahidə edildiyinə, yaxud təzyiqlərin olduğunun bildirildiyinə dair müxtəlif internet saytlarda, sosial şəbəkələrdə yayılmış video-görüntüləri, müraciətləri obyektiv və operativ şəkildə araşdırmağa, mövcud istiqamətdə qanunamüvafiq tədbirlər görməyə çağırır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 "ASAN xidmət"də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52 İki qadının ölümünə səbəb olan baş həkimin oğlu həbs olundu 8 İyul 2020, 18:45 Təlimlərə cəlb olunan qoşunlar geri qaytarılır - FOTO 8 İyul 2020, 18:37 Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldü 8 İyul 2020, 18:29 190 manat veriləcək şəhər və rayonların sayı artırıldı - SİYAHI 8 İyul 2020, 18:23 Təxirə salınmış müsahibələrin keçirilmə qrafiki açıqlandı 8 İyul 2020, 18:17 Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir 8 İyul 2020, 18:09 Bakıda “Mercedes” yandı 8 İyul 2020, 18:00