Modern.az

Ləğv olunan dairələrdə təkrar seçki nə zaman keçiriləcək?

Ləğv olunan dairələrdə təkrar seçki nə zaman keçiriləcək?

14 Fevral 2020, 12:54

“Nəticələri ləğv olunan dairələrin qalib gəlmiş və ya şikayətçi olan namizədləri Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından yenidən şikayət edə bilərlər”.

 

Bu sözləri Modern.az-a MSK-nın keçmiş üzvü Akif Qurbanov deyib. O, bildirib ki, komissiyanın qərarından narazı olan şəxslərin Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ var:

 

“Əgər bu məhkəmənin də qərarından razı qalmasalar, Ali Məhkəməyə müraciət göndərilə bilər. Məhkəməyə göndərilən şikayətlərə 3 gün müddətində baxılmalıdır. Qərardan kim narazıdırsa, şikayət etmək hüququ var”.

 

 

A.Qurbanov həmçinin diqqətə çatdırıb ki, təkrar seçkinin nə zaman keçirilməsi haqqında konkret müddət yoxdur:

 

“Məsələn, mandat ləğv edilirsə, 1 ay müddətində boş qalan yerə seçki keçirilməsi haqqında qərar qəbul edilir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur. Milli Məclisə seçkilərin təyin edilməsi ilə bağlı Prezident sərəncam verir. O, nə zaman verəcəksə, ona uyğun olaraq, Mərkəzi Seçki Komissiyası seçkiləri təşkil edəcək”.

 

Keçmiş MSK üzvü onu da əlavə edib ki, nəticələri ləğv edilən dairələrdən qalib gəlmiş namizədlər təkrar seçkilərdə iştirak edə bilərlər:

 

“Bu məsələdə heç kimə məhdudiyyət yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi