Modern.az

Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib

Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib

17 Fevral 2020, 21:06

Bu gün Ümid Partiyasında yeni təyinat imzalanıb.

Modern.az  xəbər verir ki, tanınmış jurnalist Elşad Barat partiyanın mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Elşad Barat 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis, elmi işçi, orta məktəbdə müəllim işləyib.

2006-cı ildən jurnalistika fəaliyyətinə başlayıb. Müxtəlif sayt və qəzetlərdə çalışıb. Naxçıvan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində Xəbərlər proqramının aparıcısı olub. Hazırda TəhsilPress.az saytının baş redaktorudur.

Kiçik hekayələr və şeirlər yazır. Üç kitabı işıq üzü görüb. Prezident təqaüdçüsüdür.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu