Modern.az

Vəzifəsini düzgün yerinə yetirməyən 64 şəxs işdən çıxarılıb

Vəzifəsini düzgün yerinə yetirməyən 64 şəxs işdən çıxarılıb

19 Fevral 2020, 08:00

“Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olmuş müraciətlərin sayında artım var”.

Modern.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi  mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində əksini tapıb.

 

Məqalədə qeyd edilib ki, ən çox artım Bakı şəhərinin rayonlarında, Mingəçevir, Şəki, Şirvan, Yevlax şəhərlərində, Ağdaş, Ağsu, Astara, Cəbrayıl, Gədəbəy, Göyçay, Xaçmaz, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Qobustan, Lerik, Masallı, Neftçala, Saatlı, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Zəngilan, Zərdab, digər şəhər və rayonlarda qeydə alınıb.

Bununla belə, Kəngərli, Naftalan, Xocavənd, Laçın, Oğuz, Şuşa, Tərtər, digər şəhər və rayonlarda icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalıb: “Yerli icra hakimiyyətlərindən daxil olmuş məlumatların təhlili göstərib ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Nizami, Yasamal, Gəncə, Mingəçevir, Naftalan, Şirvan, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Saatlı, Salyan, Samux, Şabran, Şamaxı, Tovuz, Yardımlı, Zaqatala, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub. Bu, bəzi hallarda yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə laqeyd yanaşılması ilə əlaqədardırsa, digər hallarda müraciətlərdə qaldırılan məsələlərin həmin orqanların səlahiyyətində olmaması ilə bağlıdır. Bu cür hallara mərkəzi icra hakimiyyəti orqanlarında da rast gəlmək olur. Belə ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı bilavasitə onların özlərindən daha çox yuxarı orqanlara müraciət edilib. Buna misal olaraq, Dövlət Sığorta Kommersiya Şirkəti, İcbari Tibbi Sığorta, Turizm, Ərazilərin Minalardan Təmizlənməsi üzrə agentliklər, “Azərişıq”, “Aqrarkredit” səhmdar cəmiyyətləri, İpoteka və Kredit Zəmanət Fondu və başqalarını göstərmək olar”.

 

Prezident Administrasiyasının şöbə müdiri nəzərə çatdırıb ki, ümumiyyətlə, vətəndaş müraciətləri ilə işin yaxşılaşdırılması üçün 2019-cu il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 344 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 353 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2 min 719 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub: “Bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb.

Belə ki, 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 64 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 793 nəfərə xəbərdarlıq edilib. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 315 vəzifəli şəxs barəsində tədbir görülmüş, onların 60 nəfərinə töhmət və ya şiddətli töhmət, 8 nəfərin əmək müqaviləsinə xitam verilib, 3 nəfərin dərəcəsi aşağı salınıb, həmçinin 244 nəfərə xəbərdarlıq edilib”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi