Modern.az

Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək

Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək

19 Fevral 2020, 10:56

Ümumi təhsil məktəblərinin IX və X sinif şagirdləri arasında V İngilis dili olimpiadası keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, məktəblilərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək və akademik ingilis dili biliklərinə yiyələnmələrinə kömək etməkdən ibarətdir.

 

Olimpiadanın birinci mərhələsi bu ilin 4 aprel tarixində ADA Universiteti ilə tərəfdaş olan 132-134 saylı Təhsil Kompleksində keçiriləcək. Bu mərhələdə şagirdlər ingilis dilinin qrammatikası və oxu qabiliyyəti üzrə 50 sualı cavablandıracaqlar. İlk mərhələni uğurla keçən şagirdlər 19 aprel tarixində ADA Universitetində keçiriləcək ikinci - dinləmə və yazı mərhələsinə qatılacaqlar. 

 

Olimpiadada iştirak etmək üçün məktəblilər martın 31-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan keçən ilk 1500 şagirdin olimpiadada iştirakı təmin ediləcək.

 

Qaliblər ADA Universiteti və tərəfdaş qurumların nümayəndələrindən ibarət komitə tərəfindən seçiləcək.

 

Qeyd edək ki, olimpiadada I yerin qalibi ADA Universiteti və Bakı Təhsil və İnformasiya Mərkəzinin maliyyə dəstəyi ilə Böyük Britaniyada keçiriləcək bir həftəlik “Qlobal gənc liderlər proqramı”nda iştirak imkanı qazanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!