Modern.az

Azərbaycanda 7316 nəfər sürücülük hüququndan məhrum edildi

Azərbaycanda 7316 nəfər sürücülük hüququndan məhrum edildi

20 Fevral 2020, 12:33

Baş Dövlət Yol Polisi İdarəsi ötən il ölkə ərazisində sürücülük hüququndan məhrum edilən şəxslərin sayını açıqlayıb.

 

Modern.az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, 2019-cu ildə ölkə ərazisində 7316 nəfər sürücülük hüququndan məhrum edilib:

 

"Bunlardan əksəriyyəti il ərzində 20 və daha artıq cərimə balı olan şəxslərdir. Onlar arasında məhkəmə tərəfindən sürücülük hüququ məhdudlaşdırılanlar da var. Cərimə balları 20 və daha artıq olarkən həmin şəxslər sürücülük hüququndan məhrum edilir. Sərxoş, avtoxuliqanlıq və digər hadisələrə görə də məhkəmə tərəfindən sürücülük hüququ məhdudlaşdırılanlar var".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi