Arxiv
21 Fevral 2020, 16:00 | AKTUAL
Nazirlik sahibkarlara müraciət etdi

"Biz sahibkarlara yeni inşa etdikləri binaların həyətində yaşıllıq salmaları üçün ağaclar verməyə də hazırıq".

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov deyib.

 

Onun sözlərinə görə, bütün ekoloji layihələrə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir: "Nazirlik sahibkarları da başa düşür və onların işlərinin gecikməsinin tərəfdarı deyil. Çünki nəticədə köhnə binalar yeniləri ilə əvəzlənir, şəhərimiz daha da gözəlləşir. Lakin bu məsələdə fərdi deyil, kompleks yanaşma olmalıdır".

 

İdarə rəisi bildirib ki, bəzən göndərilən layihələrdə sahibkarlar tikinti aparmaq istədikləri ərazidə yaşıllığın olduğunu gizlədir: "Belə hal aşkar etdikdə həmin layihəyə imtina verilir. Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır".

 

M.Qəmbərov xatırladıb ki, təqdim olunan pilot layihələr zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə baxılır və yekun rəy qəbul edilərkən tikinti üçün ayrılmış ərazinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur.

 

O həmçinin vurğulayıb ki, növbəti ictimai dinləmədə yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı təqdim olunan layihələr də müzakirəyə çıxarılacaq. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək” 7 Aprel 2020, 12:52 İcra başçısı polis rəisi ilə birlikdə postları yoxladı - FOTO 7 Aprel 2020, 12:40 Əfv olunan MTN generalları karantinə götürüldü 7 Aprel 2020, 12:35 Biz birlikdə güclüyük  7 Aprel 2020, 12:29 Kimlər işsiz sayılmır? - RƏSMİ CAVAB 7 Aprel 2020, 12:18 Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri 7 Aprel 2020, 12:12 QHT Şurası Real TV ilə yeni kampaniyaya başlayır 7 Aprel 2020, 12:06 Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək 7 Aprel 2020, 12:00 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video 7 Aprel 2020, 11:54 Rusiyada koronaviruslu xəstələrin sayı 7500-ə çatdı 7 Aprel 2020, 11:50 Hacı Əbdüllə bağlı xatirələrim var... 7 Aprel 2020, 11:46 Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək 7 Aprel 2020, 11:40 Ermənistanda COVİD-19-a yoluxanların sayı 853-ə çatdı 7 Aprel 2020, 11:36 “Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat 7 Aprel 2020, 11:35 Karantin qaydalarını pozan 6945 nəfər cəzalandı 7 Aprel 2020, 11:31 Azərbaycan hərçiləri Cənubi Sudanda 7 Aprel 2020, 11:25 Bakıda kirayəhaqqını ödəməkdə çətinlik çəkənlər... 7 Aprel 2020, 11:23 Qadınlara qarşı cibgirlik edən şəxs saxlanıldı - VİDEO 7 Aprel 2020, 11:22 RİİB və Yasamal RİH-dən xeyriyyə aksiyası - FOTO 7 Aprel 2020, 11:17 Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHI   7 Aprel 2020, 11:12 Çinin qonşusu olan bu dövlətdə virusdan ölən olmayıb - cəmi 15 yoluxma... 7 Aprel 2020, 11:06 Ombudsmanın təklif etdiyi 10 məhbus da əfv olunub 7 Aprel 2020, 11:00 Ailə üzvlərini yandıran kişi saxlanıldı 7 Aprel 2020, 10:54 Bakıda kişi mağazadan belə oğurluq etdi - VİDEO 7 Aprel 2020, 10:48 BMT baş katibi tibb işçilərinə təşəkkür etdi 7 Aprel 2020, 10:42 Əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdı 7 Aprel 2020, 10:36 Azərbaycanda hərarəti olan məhkumlar daxili karantinə götürülür 7 Aprel 2020, 10:30 Habil Əliyevin internetdə olmayan MÜSAHİBƏSİ: “Evlənəndə ağlım kəsməyib...” - MARAQLI 7 Aprel 2020, 10:24 Neft yenidən bahalaşdı 7 Aprel 2020, 10:18 İcazəsi olmayan şəxslərin küçədə hərəkəti - FOTOLAR 7 Aprel 2020, 10:12 Nuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcək 7 Aprel 2020, 10:05 Şəmkirdə dəhşət - kişi arvadını, oğlunu, gəlinini və nəvəsini yandırdı 7 Aprel 2020, 09:58 Karantin qaydalarını pozan sürücü həbs edildi - FOTO 7 Aprel 2020, 09:52 Balakəndə civə alverçiləri saxlanıldı - FOTO 7 Aprel 2020, 09:46 Araz Əlizadə:Hacı Əbdül haqqında danışmağa xatirəm yoxdur 7 Aprel 2020, 09:40