Modern.az

Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi

Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi

21 Fevral 2020, 20:16

Türkiyə, Fransa  və Almaniya lideri İdlibdəki vəziyyəti müzakirə etdi. 

Modern.az  xəbər verir ki, bu barədə Türkiyə prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumata görə, Rəcəb Tayib Ərdoğan, Emanuel Makron və Angela Merkel arasında telefon danışığı olub.


Bildirilib ki, tərəflər regiondakı mövcud vəziyyəti müzakirə ediblər: “Türkiyə prezidenti Almaniyanın Hanau şəhəruindəki irqçi hücum zamanı ölənlər üçün başsağlığı, yarananlar üçün şəfa tapmaları arzusunu çatdırıb, əcnəbi düşmənçiliyi, ayrı-seçkilik, İslamofobiya ünsürlərini əks edən bu hücumları lənətlədiyini ifadə edib. Suriya rejimi və müttəfiqlərinin İdlibdəki təcavüzkarlıqlarını dayandırılmasını zəruri sayan Ərdoğan humanitar böhranın qarşısını almaq üçün səmərəli tədbirlərlə güclü dəstək verməyin lazım olduğunu vurğulayıb. Türkiyə prezidenti Liviya xalqının da sülh, rifah, sabitliyə qovuşması üçün sanballı siyasət yolu ilə hamılıqla səy göstərməsinin zəruri olduğunu dilə gətirib”.

Digər tərəfdən, Rusiya hökumətinin də Suriya probleminə dair Türkiyə, Fransa, Almaniya liderlərinin iştirakı ilə dördtərəfli zirvə keçirmək imkanlarını müzakirə edir.

Kremlin sözçüsü Dmitri Peskov bu barədə Almaniya və Fransa liderlərinin Rusiya prezidenti Vladimir Putinə ötən gün zəng edərək İdlib bölgəsində humanitar vəziyyətə dair narahatlıq bildirmələrini şərh edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır