Arxiv
26 Fevral 2020, 18:05 | AKTUAL
Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB

“Bu il Birləşmiş Millətlər Təşkilatı (BMT) 75 illik yubileyini qeyd edir. Dözümsüzlük, nifrət motivli çıxışlar, miqrasiya, məcburi köçkünlük və iqlim dəyişikliyi kimi məsələlərin həlli BMT-nin yenə də əvəzolunmaz dəyərini və eyni zamanda daha güclü bir Təşkilata ehtiyac olduğunu nümayiş etdirir. Azərbaycan səmərəli BMT-nin tərəfdarıdır və İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığın artırılmasına sadiqdir”.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini  Ramiz Həsənov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının iclasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.

 

O bildirib ki, son illərdə Komissarlıqla Azərbaycanın tərəfdaşlığı güclənib: “Ölkəmiz İnsan Hüquqları Şurası ilə, o cümlədən xüsusi proseduralar mandatına sahib olanlar ilə fəal şəkildə iş aparır. Komissarlığın lazımi texniki yardımın göstərilməsi ilə bağlı vacib işinə dəstək olmaq üçün Azərbaycan bu il könüllü töhfələrini artıracaq”.

 

Nazir müavininin sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının sədrliyi təşkilatın Bakıda keçirilən son Sammitində qəbul edib: “Sədrliyi dövründə Azərbaycan öz prioritetlərini Bandunq prinsipləri ətrafında quracaq və xüsusən də, bütün insan hüquqlarının universallığını, bölünməzliyini və qarşılıqlı asılılığını müdafiə edəcək. Bütün insan hüquqlarının və əsas azadlıqların təşviqi və qorunması üçün konstruktiv bir yanaşmanın qəbul edilməsinin vacibliyini də vurğulayırıq və bu baxımdan bütün dövlətləri bir-biri ilə səmimi dialoqa və əməkdaşlığa yönəltməyə çağırırıq.

 

Hazırda Azərbaycanda demokratiyanın, qanunun aliliyinin daha da möhkəmləndirilməsinə, insan hüquqlarının təşviqi və qorunmasına yönəlmiş genişmiqyaslı və uzunmüddətli islahatlar aparılır. 9 fevral 2020-ci il parlament seçkiləri Azərbaycanın daha da demokratik inkişafı yolunda növbəti bir vacib addımı təşkil edir. Seçkilərdə bu günədək ən çox qeydə alınan namizəd oldu, o cümlədən qadın namizədlərin sayında ciddi artım baş verdi. Əvvəlki seçkilərdə olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz ərazisindən zorla çıxarılmış və bununla da öz doğma şəhərlərində səs vermək imkanına malik olmayan 700 min məcburi köçkünün seçki hüquqlarının təmin edilməsi üçün 523 seçki məntəqəsi yaradılıb. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları səsverməyə Azərbaycan seçki orqanları tərəfindən dəvət edilib və onlardan bir qismi elektron səsvermə yolu ilə 9 fevral parlament seçkilərində iştirak edib.

 

Dünən Ermənistan xarici işlər naziri yenidən Şuradan sui-istifadə edərək beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsini kobud şəkildə pozaraq, Ermənistanın Azərbaycana qarşı ilhaqçı siyasətinə haqq qazandırmaq məqsədilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox saxta və yalan dolu fikirlər səsləndirdi. Məhz bu ilhaqçı siyasət münaqişənin əsl səbəbini təşkil edir.

 

Ermənistan, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən, Ermənistanın Azərbaycana qarşı güc tətbiq etməsini, ərazilərini işğal etməsini, mülki şəxslərə hücumlarını pisləyən, habelə bütün işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymur.

 

Bu gün Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qaranlıq səhifələrindən biri, getdikcə daha çox ölkənin tanıdığı Xocalı Soyqırımının 28-ci ildönümünü qeyd edir. 1992-ci ilin bu günü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki bu kiçik şəhərin 613 sakini azərbaycanlı olduqlarına görə erməni hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu faktı sonradan Ermənistanın o vaxtkı prezidenti özü də etiraf etmişdir. Bu baxımdan Azərbaycan, Şuranı, onun mandat sahiblərini və Ali Komissarlığı 30 ilə yaxındır haqları pozulmuş azərbaycanlı məcburi köçkünlərin və qaçqınların insan hüquqlarının bərpası üçün prinsipial mövqe tutmağa və səmərəli tədbirlər görməyə çağırır.

 

Ermənistan qəsdən öz müqəddəratını təyinetmə prinsipini, yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni etnik qrupu üçün tətbiq etməyə çağırmaqla və bu bölgədəki bütün azərbaycanlıların Ermənistan tərəfindən didərgin salındığını qəsdən gizlətməklə təhrif edir. Buna görə də "Dağlıq Qarabağ xalqı" kimi bir anlayış yoxdur, eyni bölgədəki azərbaycanlı icması ilə yanaşı, Dağlıq Qarabağın erməni icması mövcuddur. Belə olduğundan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirmək beynəlxalq hüquq pozuntusudur. Keçmişdə bu cür seçkilər heç vaxt beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır və gələcəkdə də əsassız sayılacaqdır.

 

Ermənistanın münaqişənin sülh yolu ilə həllinə "sadiqliyi" barədə bəyanatlarına baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur. Son Münhen Təhlükəsizlik Konfransında Ermənistanın bu münaqişə ilə bağlı saxta iddialarına cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti birmənalı şəkildə bildirdi ki, bu münaqişənin dinc danışıqlar nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin etməlidir.

 

Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsidir və bu, beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən qəbul edilir və Ermənistan hökuməti qonşularına münasibətdə özünə zərər verən siyasi gündəliyinin hər hansı perspektivinin olmadığını nə qədər tez anlayarsa, Ermənistan xalqı sülh və iqtisadi inkişafdan bir o qədər tez faydalana bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
 Deputatlar çağırış: “Müharibədir biz səfərbər olmalıyıq” 31 mart 2020, 17:26 Rüştü Rəcbərin vəziyyəti kritikdi – koronavirusa görə 31 mart 2020, 17:08 Ölkəmizdə koronavirusa doğru pik gediş var - Deputatdan ÇAĞIRIŞ 31 mart 2020, 16:52 Metronun fəaliyyəti tam DAYANDIRILIR 31 mart 2020, 16:46 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM 31 mart 2020, 16:42 Parlamentin komitəsi onlayn iclas keçirdi 31 mart 2020, 16:41 Bu ölkədə “koronavirus” sözü qadağan edildi 31 mart 2020, 16:38 Vətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - Prezident 31 mart 2020, 16:32 “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edildi 31 mart 2020, 16:26 İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Prezident Mikayıl Cabbarovu qəbul etdi 31 mart 2020, 15:50 Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR 31 mart 2020, 15:45 Goranboyda 68 tənha ahıl ailəyə ərzaq paylanılıb 31 mart 2020, 15:40 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08 Koronavirusa yoluxmama ümidi ilə... 31 mart 2020, 15:01 BMU-da tədrisin onlayn təşkilinin ilkin nəticələri müzakirə olunub 31 mart 2020, 14:56 İcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDI 31 mart 2020, 14:50 Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI 31 mart 2020, 14:45 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib 31 mart 2020, 14:38 Mətbuat Şurası jurnalistlərə xüsusi rejimlə bağlı TÖVSİYƏLƏR VERDİ 31 mart 2020, 14:32 “Burda da əvvəl virusu ciddiyə alan yox idi” - Norveçdə yaşayan azərbaycanlı jurnalistlə #evdəqal SÖHBƏTİ 31 mart 2020, 14:26 Millət vəkili: “Atılan addımlar yaxın gələcəkdə səmərə verəcək”   31 mart 2020, 14:26 Rusiyada karantin şərtlərini pozanlar həbs OLUNACAQ 31 mart 2020, 14:22 DİN:  Zərurət olmadan şəxsi avtomobildən istifadə etməyin” 31 mart 2020, 14:19 “NEON MMC” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı 31 mart 2020, 14:12 Hamilə qadınlara koronavirusla bağlı GİNEKOLOQ tövsiyəsi - VACİB   31 mart 2020, 14:06 Aprelin ilk günü üçün HAVA PROQNOZU 31 mart 2020, 14:00