Modern.az

Rusiya vətəndaşlarını İran, Koreya və İtaliyaya getməməyə çağırdı

Rusiya vətəndaşlarını İran, Koreya və İtaliyaya getməməyə çağırdı

26 Fevral 2020, 23:42

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına bir sıra ölkələrə səfərlərdən imtina etməyi tövsiyə edib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilib.

Rusiya XİN ölkə vətəndaşlarına koronavirus infeksiyasının yayılması səbəbindən İran, Koreya və İtaliyaya səfərdən imtina etməyi tövsiyə edib. Bundan başqa, XİN adı çəkilən ölkələrdə olan bütün vətəndaşlarından əlaqə məlumatlarını həmin ölkədəki Rusiya səfirliyinə telefonla və ya elektron poçtla təqdim etməyi xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir