Modern.az

Azərbaycanda yüksək vəzifəli şəxs qəfil vəfat etdi - FOTO

Azərbaycanda yüksək vəzifəli şəxs qəfil vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

12 Mart 2020, 11:15

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə departament rəisi vəfat edib.

 

Bu barədə Modern.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat veriblər. Bildirilib ki, ASCO-nun Layihələrin idarəedilməsi departamentinin rəisi Kərim Sultanov vəfat edib:

 

"Kərim Sultanova xas olan məsuliyyət hissi və digər yüksək insani keyfiyyətlər ona hər zaman böyük hörmət qazandırıb. Elə buna görə də Kərim Sultanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq və daim ehtiramla yad olunacaq".

 

Qeyd edək ki, Kərim Sultanov 1977-ci il iyulun 29-da Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin Dilşunaslıq/tərcüməçi-referent (ingilis-dili) ixtisasını bitirib. Kərim Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Tibbi Kitabxanasında tərcüməçi kimi başlayıb. Daha sonralar müxtəlif illərdə Azərbaycan Futbol Assosasiyası, “Aİ crane” LTD, “Xəzərdənizneftqaztikini” tresti, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb. 2014-cü ildən ASCO sıralarına qoşulan Kərim Sultanova müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib. Göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub. O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?