Modern.az

Sumqayıt helikopterlərlə dezinfeksiya olunub? - İcra Hakimiyyətindən AÇIQLAMA

Sumqayıt helikopterlərlə dezinfeksiya olunub? - İcra Hakimiyyətindən AÇIQLAMA

Aktual

12 Mart 2020, 16:38

Sosial şəbəkələrdə Sumqayıt şəhərinin axşam saatlarında helikopter vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumat təkzib olunub.

 

Modern.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev feysbuk hesabında məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

 

“Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar şəhər ərazisində yerləşən inzaibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri də hər gün dezinfeksiya edilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı