Modern.az

Azərbaycanda İLK - İlham Əliyev müxalifət liderlərini TƏBRİK ETDİ

Azərbaycanda İLK - İlham Əliyev müxalifət liderlərini TƏBRİK ETDİ

Ölkə

21 Mart 2020, 12:43

“Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib”.

Modern.az-ın məlumatına görə, bu haqda Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa xəbər verib.

Partiya sədri ölkə başçısına bu təbrikə görə təşəkkür edib.

“Bu təbriki Böyük Quruluş Partiyasının başqanı kimi Şəxsimə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. Mən də Böyük Quruluş Partiyasının üzvləri adından cənab Prezidentin Novruz bayramını təbrik edərək, ona can sağlığığı diləyimizi çatdırdım, ölkəmizin üzləşdiyi bu çətin şəraitdə atdığı bütün zəruri addımları dəstəklədiyimizi bildirdim. Bu həqiqətən də Azərbaycanda yeni bir münasibətlər sisteminin başlanması deməkdir. Çünki ölkəmizdə hər bir müsbət irəliləyiş siyasi qüvvələr arasında sağlam münasibətlərin yaranması ilə mümkündür. Bu alicənab addımına görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm”, - Fazil Mustafa vurğulayıb.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub