Arxiv
26 mart 2020, 11:42 | PARLAMENT
Deputatlar “evdə qal”a bilirlərmi?

Nazirlər Kabineti yanında Operativ Qərargah zərurət olmadıqda vətəndaşların evdə çölə çıxmamasını məsləhət görür. Hətta evdən çıxmamaqla bağlı “evdə qal” sosial çarx da hazırlanıb.

Hazırda Milli Məclisin də fəaliyyəti aprelin 20-nə qədər təxirə salınıb. Bir çox komitə iclasları onlayn formada keçirilir.

 

Maraqlıdır, bu günlərdə Milli Məclisin deputatları “evdə qal” kampaniyasını necə həyata keçirir?

Tam olaraq “evdə qal”a bilirlərmi?

 

Modern.az saytı bir neçə deputatın evdə qalarkən nə işlə məşğul olduqlarını öyrənməyə çalışıb:

 

 

Deputat Kamran Bayramov çölə faktiki olaraq çıxmadığını deyir:

 

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət edirəm. Çünki biz digərlərinə də nümunə olmalıyıq. Gün ərzində əsasən kitab oxuyuram, sosial şəbəkələri izləyirəm. Bununla yanaşı, parlamentdə gələcək fəaliyyətimlə bağlı müəyyən layihələr üzərində çalışıram. Təbii ki, gün ərzində müəyyən vaxtı idmana da ayrıram. Koronavirus pandemiyası bütün dünyada təhlükəyə çevrilib. Təəssüf ki, ölkəmizdə də aşkarlanıb. Hesab edirəm ki, vətəndaşlarımız pandemiya təhlükəsi davam etdiyi müddətdə Operativ Qərargahın qərarlarına əməl etməlidir”

 

 

Deputat Jalə Əliyevanın sözlərinə görə, bayram günlərində seçicilərin yanına gedib onlarla görüşməyi planlaşdırmışdı:

 

“Qrafikimiz belə  hazır idi. 22-24 mart tarixlərində rayonda qəbul keçirəcəkdim. Rayonda əzizlərimizi, dünyasını dəyişmiş insanlarımızı da ziyarət edəcəkdik. Təəssüf ki, bu pandemiya bütün işlərimizi təxirə saldı. Ancaq bu müddət ərzində boş dayanmamışıq. Gündəlik olaraq deputatı olduğum rayonun rəhbərliyi ilə, ordakı köməkçimlə, seçicilərimlə ünsiyyətdə oluram, problemləri dinləyirəm. Vətəndaşlarımız da sağ olsunlar ki, baş verənləri anlayışla qarşılayır və qoyulan qadağalara əməl etməyə çalışırlar. Fürsətdən istifadə edərək hər kəsə səslənirəm. Bizim əziz vətəndaşlarımız, əziz insanlarımız! Bu tətil günləri adi tətil günləri deyil. Bu tətil günlərində kütləvi formada əylənmək bəlli səbəblərə görə olmaz. Bu pandemiya insanları evdə oturmağa məcbur etməklə bərabər bəlkə də çoxdan unutduğumuz ev alışqanlıqlarımızı yenidən xatırladır bizə. Bu günlərdə hər birimiz evə daha çox bağlanmışıq. İctimai-siyasi işlərimizlə yanaşı, ailəyə də vaxt ayırmışıq. Evdə körpələrimiz var. Onlarla yaxşı vaxt keçiririk, nağıllar danışıq. Bu da onlar üçün maraqlıdır. Biz də maarifləndirici tədbirlərə qatılırıq. Evdə oturan insanlarımızın buna çox böyük ehtiyacı var. Çalışırıq ki maksimum  dərəcədə həm dövlətimizə, həm də vətəndaşlarımıza kömək edək. Dünyanı başına alan bu bəla ilə mübarizədə də vətəndaşla dövlət araasında bağlayıcı rol oynamağa çalışırıq. Cənab  prezidentimiz və Birinci vitse-prezident hər zaman olduğu kimi nümunəvi addımlar atdılar.  Ard-arda verilən sərəncamlar, onlar tərəfindən atılan humanizm addımları hər birimizə bir nümunədir”.

 

 

Deputat Məşhur Məmmədov  bu günlərdə hər kəs kimi deputatların da evdə olduğunu bildirib:

“Ancaq evdə qalmaq o demək deyil ki, biz heç bir iş görmürük. Təbii ki, Facebook və telefon vasitəsilə deputatı olduğum rayon rəhbərliyi, seçicilərimlə əlaqə saxlayıram. Bu günlərdə insanlarımızın bizə əvvəlki günlərdən daha çox ehtiyacı var. Bildiyiniz kimi, mən həm də assosiasiya sədriyəm. Bu işlərlə də insanlara dəstək olmağa çalışıram. Hesab edirəm ki, koronavirus pandemiyasına qarşı ən yaxşı mübarizə vasitələri birgə və həmrəy olmağımızdir. Birlik və həmrəylik nümayiş etdirmək ən yaxşı silahımızdır. Eyni zamanda, tibbi ləvazimatlarla bağlı da rayonla əlaqə saxlayıram. Çatışmayan nələrsə varsa onları həll etməyə çalışıram. Həmçinin, parlament fəaliyyət göstərməsə də deputat həmkarlarımızla da telefon vasitəsilə əlaqə saxlayırıq. Ümumi vəziyyəti müzakirə edirik. Hətta onlayn komitə iclasımızı da keçirtdik. Bu günlərdə insanlarımızın keşiyində dayanan fədakar insanlarımız var. Polislərimiz, tibb işçilərimiz jurnalistlərimiz gec-gündüz xalqımıza xidmət edir.  Hər birinizə təşəkkür edirəm. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına hər kəs riayət etməlidir. Evdə qalmaqla həm vətəndaşlarımızı, həm də dövlətimizi qorumuşuq olacağıq. Zərurət olmadıqca evdən çölə çıxmamaq daha məqsədəuyğundur”.

 

 

 

Deputat Məlahət İbrahimqızı da bu günlərdə də seçicilərinin məsələlərini həll etməyə çalışdığını söyləyib:

 

“Bildiyiniz kimi, mən həm də YAP-ın Nəsimi rayon təşkilatının sədriyəm. Bu günlərdə imkansız, köməksiz yaşlı insanlara yardım etdik. Çünki tənha yaşayan yaşlıların, köməksiz insanların yardıma ehtiyacı var. Eyni zamanda, digər seçicilərin də məsələlərini dinləyib yardım etməyə çalışmışıq. Həmçinin koronavirusa görə, insanların spirt və maskaya ehtiyacı var. 100 insanı tibbi ləvazimatla təmin etmişik. Evdə qalsaq da, üzərimizə düşən işləri yerinə yetirmişik və yetirməliyik də. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara hər birimiz riayət etməliyik. Zərurət yaranmayıbsa, insanlarımız evdən çölə çıxmasınlar. Hesab edirəm ki, bu günlərdə bir-birimizə dəstək olmalıyıq”

 

 

 

Deputat Ceyhun Məmmədov də vaxtını bir çox işlərin həllinə ayırdığını deyib:

 

“Bu günlərdə əsasən mətbu orqanların koronovirusla mübarizə sahəsində görülən işlər, imzalanan sərəncamlar, Milli Məclisin müvafiq Komitələrində onlayn şəkildə müzakirə olunan məsələlər barədə suallarını cavablandırmışam, media ilə sıx əlaqədə olmuşam, televiziya proqramlarında iştirak etmişəm. Eyni zamanda, ölkədə onlayn şəkildə keçirilən müxtəliv “evdə qal” aksiyalarına qoşulmuşam. Həmçinin bir müddət başladığım yekunlaşdıra bilmədiyim məqalələr üzərində işləmişəm. Vaxtımın bir hissəsini isə müxtəlif mövzularda kitabların mütaliəsinə həsr etmişəm, dünya mətbuatını izləmişəm. Bu müddətdə hər gün seçicilərlə onlayn və telefon əlaqəsində olmuşam, onları narahat edən məsələləri həll etməyə, dəstək olmağa çalışmışam, suallarını cavablandırmışam”.

 

 

Deputat Azər Kərimli qeyd edib ki, onlayn formada olsa da seçiciləri ilə ünsiyyət saxlayıb:

 

“Artıq neçə gündür ki, evdə qal kampaniyasına start verilib. Biz də bu layihəyə qoşulmalı və nümunə olmalıyıq. Evdə olanda insanların boş vaxtı daha çox olur. Ona görə də digər işlərlə də məşğul olmaq mümkündür. Mən də bu günlərdə sosial şəbəkələrdə  aktiv olmaqla yanaşı, hansısa layihələri hazırlayıb mətbuatda yayımlanmasına çalışmışam. Ən əsası isə seçicilərimlə həm sosial  şəbəkə, həm də telefon vasitəsilə ünsiyyətdə oluram. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara vətəndaşlarımız qeyd-şərtsiz əməl etsələr, həmrəylik göstərsələr, koronavirus pandemiyasına tez bir zamanda az itkilərlə və çox az fəsadlarla qalib gələ bilərik”.

 

 

 

Deputat Ülviyyə Həmzəyeva bu günlərdə həm də yaradıcılıqla məşğul olduğunu deyib:

 

“Bildiyiniz kimi, bayram tətilləri davam edir. Mən və aliəm evdə bu bayram günlərini qeyd etməklə bərabər, bu gün dünyanı cənginə alan virusla əlaqəli olaraq da karantinə riayyət edirik. Düzdü bəzi insanlar evdə darıxdıqlarını deyirlər, lakin mən heç darıxmıram, çünki darıxmağa zamanım olmur. Öncə təbii ki, dünyada iqtisadi-siyasi vəziyyəti, bu günün gündəmi olan COVİD-19 əlaqəli xəbərləri təqib edirəm. Mədəniyyət xəbərlərinə və dünyada məs bu virusun sənət aləminə təsirini müşahidə edirəm. Bildiyiniz kimi, üzv olduğum Mədəniyyət Komitəsində də, bir yenilik olmuş və onlayn iclas keçirilmişdir. Mən rəssamam və evdə qızımın tar ifası altında, ciddi olaraq işimin üzərindəyəm. Övladımın dərslərinə, ailəmə daha çox vaxt ayıra bilir, axşam saatlarında mütailə edirəm. Qeyd edim ki, bu dövr sənət adamlarından hadisələrlə dolu bir zamanda, fərqli əsərlər gözlənilir... Sənət adamları yaradıcılıqlarında bu çətin dövrü mütləq olaraq əks etdirəcəklər. Mən özüm də işlərimdə bu gün türyan edən hadisələrə müraciət etmişəm. Həyat, ona yeniliklər əlavə olunaraq davam edir”..

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49 Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu 1 Aprel 2020, 21:38 Bu şəxslərə aylıq 250 manat mükafat veriləcək - RƏSMİ 1 Aprel 2020, 21:17 Gəncədə karantin rejimini pozan sakinlər cərimələndi 1 Aprel 2020, 21:03 İtaliyada daha 727 nəfər koronavirusdan ölüb 1 Aprel 2020, 20:48 Dövlət dili normalarını pozanlar bu qədər CƏRİMƏLƏNƏCƏK 1 Aprel 2020, 20:35 100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaq 1 Aprel 2020, 20:19 Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi 1 Aprel 2020, 20:01 Aqil Abbas haqqı 1 Aprel 2020, 19:56 ÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədir 1 Aprel 2020, 19:37 Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq 1 Aprel 2020, 19:18 Deputatlar onlayn iclas keçirdilər - FOTO 1 Aprel 2020, 19:06 Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI 1 Aprel 2020, 18:42 Millət vəkili pandemiya ilə bağlı veriləcək imtiyaz və güzəştlərdən DANIŞDI 1 Aprel 2020, 18:40 Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirib 1 Aprel 2020, 18:32 Dolların sabaha olan MƏZƏNNƏSİ 1 Aprel 2020, 18:23 Bakıda xüsusi karantin rejimini pozan daha bir obyekt cərimələndi 1 Aprel 2020, 18:23 Ombudsmandan əlillərlə bağlı vacib MÜRACİƏT 1 Aprel 2020, 18:17 “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!” - Mehriban Əliyeva 1 Aprel 2020, 18:09 Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər 1 Aprel 2020, 18:00 Sahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub 1 Aprel 2020, 17:55 Deputatdan TƏKLİF: “Karantin dövründə mobil bankomatlar yaradılsın” 1 Aprel 2020, 17:50