Modern.az

Azərbaycanlı deputatlar Qazaxıstana gedirlər

Azərbaycanlı deputatlar Qazaxıstana gedirlər

Parlament

19 Avqust 2026, 11:15

Milli Məclisin bir qrup deputatı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçiriləcək seçkiləri beynəlxalq müşahidəçi qismində izləmək məqsədilə avqustun 20-də bu ölkəyə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, deputatlar Səbinə Salmanova Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının, Nəsib Məhəməliyev MDB İcraiyyə Komitəsinin, Gülşən Paşayeva ATƏT Parlament Assambleyasının, Günay Əfəndiyeva Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Hikmət Məmmədov isə TÜRKPA missiyasının tərkibində Almatı şəhərində seçki prosesini izləyəcəklər.

Avqustun 25-də başa çatacaq səfər müddətində deputatlarımız seçki məntəqələrində yaradılmış şərait və hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermənin gedişatını və vətəndaşların fəallığını müşahidə edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?