Modern.az

Daha bir qurum Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdü

Daha bir qurum Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdü

Aktual

30 Mart 2020, 13:30

Füzuli Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə təşəbbüsə qoşulublar.

Rayon icra hakimiyyətinin əməkdaşları Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllülük prinsipi əsasında 37,6 min manat köçürüblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir