Modern.az

İcra başçısı sakinlərlə maarifləndirici söhbətlər aparıb - FOTOLAR

İcra başçısı sakinlərlə maarifləndirici söhbətlər aparıb - FOTOLAR

30 Mart 2020, 15:15

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov operativ qərargahın üzvləri ilə birlikdə əhali arasında maarifləndirici söhbətlər aparıb.

 

Modern.az xəbər verir ki, ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Hacıqabul rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın sədri, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qərargah üzvləri ilə birlikdə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirib. 

 

Söhbət zamanı yaşlılara, birlikdə toplaşaraq gəzinti edən gənclərə, digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü vacib olmadıqda evdən çıxmamaları barədə xəbərdarlıq edilib.

 

Tədbirlər müntəzəm olaraq davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?