Modern.az

Azərbaycanda yüz minlərlə sovet avtomobili var...

Azərbaycanda yüz minlərlə sovet avtomobili var...

Aktual

Bu gün, 11:09

Azərbaycanda sovet dövründə istehsal olunan minik avtomobilləri hələ də geniş istifadə olunur. Rəsmi statistikaya görə, ölkədə yüz minlərlə "Jiquli", on minlərlə "Volqa" və "Moskviç" qeydiyyatdadır.

Modern.az-ın Dövlət Statistika Komitəsinə sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkədə qeydiyyatda olan minik avtomobilləri arasında sovet istehsalı modellər də əhəmiyyətli yer tutur.

Statistikaya əsasən, Azərbaycanda VAZ-2101, VAZ-2103 və VAZ-2106 modellərindən 190 min 874, VAZ-2105 və VAZ-2107 modellərindən isə 124 min 902 avtomobil qeydiyyatdadır. Beləliklə, ölkədə klassik "Jiquli" modellərinin sayı 315 min 776-ya çatır.

Sovet dövrünün digər məşhur avtomobilləri də hələ də Azərbaycan yollarındadır. Belə ki, ölkədə 25 min 438 ədəd GAZ-24 "Volqa", 19 min 500 ədəd GAZ-31 "Volqa" və 4 min 372 ədəd GAZ M-21 "Volqa" qeydiyyatdadır. Bununla da "Volqa" ailəsinə aid avtomobillərin sayı 49 min 310 təşkil edir. Bundan başqa, 24 min 621 "Moskviç", 5 min 926 "Zaporojets", 200 "Pobeda", 478 "LuAZ" və 2 min 365 UAZ-469 markalı avtomobil də qeydiyyatdadır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır