Modern.az

Azərbaycanla Pakistan arasında hərbi təhsil müzakirə olundu

Azərbaycanla Pakistan arasında hərbi təhsil müzakirə olundu

Ölkə

Bu gün, 11:12

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edib.

Pakistanlı nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanla Pakistan arasında əlaqələrin davamlı inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti və dinləyicilərə "Hərbi təhsil və elm sahəsində həyata keçirilən islahatlar" mövzusunda brifinq təqdim olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır