Modern.az

Şuşadakı birgə gəzinti strateji tərəfdaşlığın təzahürüdür

Şuşadakı birgə gəzinti strateji tərəfdaşlığın təzahürüdür

Ölkə

23 İyun 2026, 12:08

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşaya birgə səfəri ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında iki qardaş ölkə liderinin tarixi Şuşa şəhərində birgə gəzintisinin xalqlar arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olduğunu bildirib.

O qeyd edib ki, bu səfər eyni zamanda Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq siyasi iradəni əks etdirir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...