Modern.az

“Uşaqlar və hüquq” kitabı təqdim olundu - FOTOLAR

“Uşaqlar və hüquq” kitabı təqdim olundu - FOTOLAR

Aktual

Bu gün, 13:04

Prezident Kitabxanasının Konfrans zalında “Uşaqlar və hüquq” adlı kitabın təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbir uşaqların hüquqi maarifləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlılığının artırılması məqsədilə hazırlanmış nəşrin ictimaiyyətə təqdimatına həsr olunub. 

Kitabda uşaqların yaş xüsusiyyətləri və anlama səviyyələri nəzərə alınaraq hüquqi biliklər bədii və həyati nümunələr əsasında hazırlanmış kiçik hekayələr vasitəsilə təqdim edilir.

Təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, kitabın müəllifi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Abil Bayramov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Babayeva və digər qonaqlar iştirak ediblər.

Bahar Muradova çıxışı zamanı bildirib ki, “Uşaqlar və hüquq” kitabı uşaqların hüquqları barədə məlumatlılığının artırılmasına xidmət edir. Onun sözləribə görə, uşaqların hüquqlarının qorunması yalnız qanunvericilikdə deyil, insanların gündəlik həyatında və düşüncəsində də öz əksini tapmalıdır:

“Düşüncənin formalaşmasına təsir edən amillər çoxdur və təqdim olunan bu kitab da həmin vasitələrdən biridir. İnanıram ki, bu kitab yalnız uşaqların deyil, böyüklərin də marağına səbəb olacaq.

Çox istərdim ki, övladlarınız bu kitabla yaxından tanış olsunlar. Çünki bu, ilk növbədə onların hüquqları barədə məlumatlı olmalarına, eyni zamanda daha sağlam və məsuliyyətli vətəndaş kimi formalaşmalarına xidmət edəcək”.

Kitabın müəllifi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Abil Bayramov bildirib ki, vəsaitin hazırlanmasında əsas məqsəd uşaqlara hüququ yalnız nəzəri bilik kimi təqdim etmək deyil, onu gündəlik həyatın bir hissəsi kimi dərk etdirməkdir. 

Onun sözlərinə görə, kitabda hüquqlarla yanaşı, ədalət, empatiya, hörmət, məsuliyyət və birgəyaşayış mədəniyyəti kimi dəyərlərin aşılanmasına da xüsusi diqqət yetirilib:

“Uşaq başqasına qarşı ayrı-seçkiliyin yanlış olduğunu anlayırsa, küçəyə zibil atmağın məsuliyyət olduğunu dərk edirsə, dövlət rəmzlərinə hörmət etməyi vətəndaşlıq borcu hesab edirsə, başqasının fikrinə hörmət etməyi bacarırsa, deməli, hüquq artıq onun həyatının bir hissəsinə çevrilib. Bizim məqsədimiz uşaqlara təkcə hüququ öyrətmək deyil, eyni zamanda hüququ hiss etdirməkdir.

Vəsaiti hazırlayarkən uşaqlara ədalət, empatiya, hörmət, məsuliyyət və birgəyaşayış mədəniyyəti kimi bir çox dəyərləri aşılamağa çalışmışıq. Kitabda məqsədimiz heç də bütün hüquqları əhatə etmək olmayıb. Məqsədimiz uşaqların gündəlik həyatda daha çox rast gəldikləri hüquqlar barədə onlara bilgi verməkdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır