Modern.az

Bakı Ali Neft Məktəbi nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

Bakı Ali Neft Məktəbi nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

31 Mart 2020, 13:08

Bakı Ali Neft Məktəbi (BANM) ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” qlobal distant tədris proqramına qoşulub. Bu proqramın məqsədi Koronavirus infeksiyasından təsirlənmiş ölkələrə təhsil sahəsində dəstək göstərməkdən ibarətdir.

 

BANM-dan Modern.az-a bildirilib ki, 26 mart tarixindən etibarən BANM sözügedən proqramın tədrisinə dair lisenziya əldə edib. Beləliklə, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının tələbələri və müəllimləri dünyanın nüfuzlu 18 universitetinin 400 ixtisas üzrə təklif etdiyi 3800 kursdan ixtisaslarına uyğun olanları ödənişsiz onlayn olaraq mənimsəmək imkanı əldə ediblər.

 

Belə ki, tələbələr "Coursera for Campus" proqramı çərçivəsində İnformasiya texnologiyaları, Kompüter elmləri və Mühəndislik üzrə kurslardan yararlanırlar.
Kurs ingilis dilində tədris olunur və 150-dən çox BANM tələbəsi yararlanır. Kursu müvəffəqiyyətlə bitirən tələbələr sonda sertifikat əldə edəcəklər. Bu da onlara müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı verəcək.

 

Məlumat üçün bildirək ki, sözügedən kurslar universitet tələbələrinə, məzunlara, müəllim və işçi heyətinə yüksək keyfiyyətli onlayn təhsil təklif edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir