Modern.az

Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat

Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat

31 Mart 2020, 15:56

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması bəyan edir ki, Qərbi Azərbaycan torpaqlarına qayıdış yolunda fəaliyyətini bundan sonra daha əzmlə davam etdirəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib:

 

“Son iki yüz ildə Azərbaycan xalqı tarixən yaşadığı ata-baba torpaqlarında mənfur qonşular tərəfindən dəfələrlə etnik təmizləməyə və soyqırıma məruz qalıb, insanlarımız vəhşicəsinə qətlə yetirilib, yaşayış məntəqələrimiz, tarixi-mədəni abidələrimiz dağıdılıb məhv edilib. XIX yüzilin əvvəllərində Çar Rusiyası ilə Qacar İranı arasında Qafqaz uğrunda gedən müharibələr nəticəsində Azərbaycan görünməmiş tarixi faciə ilə üzləşib, savaşan tərəflər arasında ikiyə bölünüb. Bundan da dəhşətlisi o olub ki, tərəflər öz aralarında bölgəyə heç bir aidiyyatı olmayan və tarixdə “ağ dərili qullar” olaraq öz yaramaz xüsusiyyətləri ilə iz qoymuş köçəri hay tayfalarını Cənubi Qafqazda – tarixi Azərbaycan torpaqlarında yerləşdirmək razılığına gəliblər. Sonrakı onillər boyu bu soysuz toplum İrandan, Türkiyədən və bütün Kiçik Asiyadan müxtəlif bəhanələrlə köçürülərək bölgəmizdə süni olaraq çoxaldılıb, yerli türk-müsəlman əhali isə sıxışdırılaraq çıxarılmışdır. Bölgədə yeridilən bu qeyri-insani siyasət az sonra öz acı “bəhrəsini” vermiş, 1905-ci ildə Çar Rusiyasının əli ilə ermənilər Cənubi Qafqazda azərbaycanlıların soyqırımını həyata keçiriblər.

 

1917-1918-ci illərdə bu soyqırımı daha kütləvi şəkil almış, Cənubi Qafqazda azərbaycanlıların kökünü tamamilə kəsmək məqsədilə bolşevik-daşnak birləşmələri geniş bir coğrafiyada qanlı qırğınlara başlamışlar. Bu qırğınlar Bakı-Şamaxı-Quba, Bakı-Ağdaş-Kürdəmir-Gəncə-Qazax-Balakən və s. istiqamətlərdə olmaqla bütün Şimali Azərbaycanı, Naxçıvan-Dərələyəz-Zəngəzur-Qarabağ, İrəvan-Gümrü-Pəmbək-Loru, Dərəçiçək-Qaraqoyunlu-Göyçə istiqamətlərində bütün Qərbi Azərbaycanı bürümüşdür. Hər yerdə azərbaycanlılara qarşı ən qəddar, ən vəhşi üsullarla soyqırımı həyata keçirilmiş, insanlar güllələnərək, doğranaraq, diri-diri yandırılaraq, quyulara doldurulub daş-qalaq edilərək kütləvi şəkildə məhv edilmişlər. Nəticədə ərazilərimiz boşaldılmış və orada Türkiyədən, İrandan sürülüb gətirilən erməni əhalisi yerləşdirilib. Rusiyanın Qafqazda yürütdüyü imperiya siyasəti nəticəsində tarixdə heç vaxt dövləti olmayan, etnik cəhətdən bu qarışıq insan sürüsünə – hay-ermənilərə İrəvan xanlığı ərazisində ilk dəfə 9 min kv. km-lik bir ərazidə dövlət yaratmaq imkanı yaradılıb.

 

Çar Rusiyasının Qafqaz siyasətini daha çirkin şəkildə davam etdirən SSRİ imperiyası azərbaycanlıların tarixi vətənlərindən qovulub çıxarılmasını dövlət siyasəti səviyyəsinə qaldırıb, 9 min kv km-lik “Ermənistan dövləti”nin ərazisini Azərbaycan torpaqları hesabına 29,8 min kv km-ə çatdırıb, Azərbaycanın bağrında Dağlıq Qarabağ kimi qondarma bir erməni vilayəti yaradıb, 1948-1953-cü illərdə 150 min azərbaycanlını Qərbi Azərbaycan ərazisindən deportasiya edib.

 

1988-ci ildə ermənilərin başlatdıqları Qarabağ müharibəsi nəticəsində yenidən yüz minlərlə azərbaycanlı indiki Ermənistan adlanan tarixi vətənlərindən qovulub çıxarıldı, Qarabağın dağlıq və aran hissəsi Ermənistan qoşunları tərəfindən işğal olundu, insanlarımız vəhşicəsinə öldürüldü, kəndlərimiz, şəhərlərimiz xarabalığa çevrildi, bir milyona yaxın azərbaycanlı öz ev-eşiyindən didərgin salındı.

 

Son iki yüz ildə bölgədə xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətini, xüsusilə son zamanlar ermənilərin Qarabağda, Xocalıda azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, dünya ictimaiyyətində doğru düzgün fikir formalaşdırmaq məqsədilə Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə tarixin bu dönəminə ədalətli hüquqi-siyasi qiymət verilməsində yeni mərhələnin başlanğıcını qoydu.

 

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması son iki yüz ildə xalqımıza qarşı törədilən bütün bu soyqırımları lənətləyir, onları törədənlərin bu tarixi cinayətlərə görə cavab verəcəklərinə inanır. Bütün bu olanlara münasibət bildirməklə AQC və QAİ bir daha bəyan edir ki, qarşıya qoyduğu ali məqsəq – Qərbi Azərbaycan torpaqlarına qayıdış yolunda fəaliyyətini bundan sonra daha əzmlə davam etdirəcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər