Modern.az

Ziya Məmmədov oğlu ilə birlikdə fonda cəmi 5 min manat köçürdü

Ziya Məmmədov oğlu ilə birlikdə fonda cəmi 5 min manat köçürdü

31 Mart 2020, 18:34

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir.

 

Maraqlıdır, sabiq nazirlər bu məsələyə necə reaksiya verir? Cəmiyyətdə belə fikir var ki, onlar  bu fonda daha çox vəsait ayırmalıdırlar.

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait ayırması bu mənada maraq doğurur.

 

Modern.az saytının araşdırması zamanı məlum olub ki, Ziya Məmmədiv və oğlu Anar Məmmədov birlikdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 5 min manat köçürüb.

 

Qeyd edək ki, bu günə kimi fonda 102 741 569 AZN, 132 966 USD, 26 468 EUR, 500 GBP vəsait köçürülüb.

 

Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

 

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

 

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.

 

P.S. Digər sabiqlərin fonda vəsait köçürüb köçürməmələri məsələsini də araşdıracağıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!