Modern.az

Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşdi

Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşdi

Aktual

1 Aprel 2020, 17:06

 

Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşib. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

 

“COVID-19-un bölgədə geniş yayılması səbəbi ilə müvəqqəti olaraq, Rusiyadan Azərbaycana səfər edən Azərbaycan vətəndaşlarının 31 Mart tarixindən “Samur” – “Yaraq Qazmalar” sərhəd buraxılış məntəqəsindən keçidi həftənin şənbə günləri müəyyən olunmuş vaxtda təmin ediləcək”, - deyə məlumatda qeyd olunub.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!