Arxiv
3 Aprel 2020, 15:28 | AKTUAL
Tezliklə hər gün 100,000 və daha çox insan yoluxacaq - BMT baş katibi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş koronavirusla bağlı məqalə yazıb.

 

Modern.az-ın məlumatına görə, o, məqalədə yalnız səyləri bir araya gətirməklə dünya xalqlarının COVID-19 pandemiyası və onun sarsıdıcı nəticələrini aradan qaldıra biləcəklərini deyib:

 

“Ötən cümə axşamı fövqəladə virtual iclasda Böyük 20-liyin liderləri doğru istiqamətdə addım atdılar. Lakin biz hələ də üzləşdiyimiz misilsiz miqyaslı çağırışa cavab verən, əlaqələndirilmiş və dəqiq ifadə edilmiş qlobal səviyyəli tədbirlərdən çox uzağıq.

İnfeksiyanın yayılma tendensiyasının üfüqi vəziyyətə gətirməkdən çox geridəyik. İlkin mərhələdə 100,000 nəfəri yoluxdurmaq üçün xəstəliyə 67 gün tələb olunurdu; tezliklə hər gün 100,000 və daha çox insan yoluxacaq. Razılaşdırılmış və cəsarətli tədbirlər olmadan, yeni halların sayı, demək olar ki, milyonlara çatacaq, səhiyyə sistemləri pik gücdə işləməyə məcbur olacaq, iqtisadiyyatlar zəifləyəcək və ən yoxsul insanlara sarsıdıcı zərbə vuraraq ümumi əhalinin rifahına mənfi təsir göstərəcək.

Ən pis ssenariyə hazır olmalıyıq və bunun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Elmə, həmrəyliyə və ağıllı siyasətə söykənən üç mərhələli fəaliyyətə çağırışı sizinlə bölüşmək istəyirəm”.

 

Baş katibin sözlərinə görə, birincisi, koronavirusun ötürülməsi dayandırılmalıdır:

 

“Bunun üçün cəsarətli və erkən testlər və təmasların izlənməsi ilə bərabər karantin, müalicə və tibbi personalın təhlükəsizliyini təmin etmək üçün tədbirlər, hərəkət və təmasın məhdudlaşdırılması tələb olunur. Gündəlik vərdişlərimizi pozmasına baxmayaraq, bu cür addımlara müalicə və peyvənd icad olunana qədər ciddi riayət etmək lazımdı.

Əhəmiyyətli hesab etdiyimiz bu cür təsirli və birgə səylərə Birləşmiş Millətlər ailəsinin üzvü olan Ümumdünya Səhiyyə Təşkilatı rəhbərlik etməlidir; xalqlarını qorumaq məqsədilə yalnız özləri üçün tədbirlər görən ölkələr bütün dünya üçün tələb olunan işlərin öhdəsindən gələ bilməyəcəklər.

 

İkincisi, böhranın sarsıdıcı sosial və iqtisadi təsirlərinə qarşı həllər tapmaq.

Alov kimi yayılan bu virus, çox güman ki, səhiyyə sistemlərinin məhdud, insanların isə daha həssas olduğu və milyonlarla qaçqın və məcburi köçkünün sıx məskunlaşdığı gecəqondular və digər oxşar məkanlarda yaşayan Qlobal Cənuba sürətlə çatacaq. Belə bir mühitdə cərəyan edən virus inkişaf etməkdə olan dünyanı viran qoya və səngidiyi bölgələrdə sonradan yenidən baş qaldıra bilər.

Aydındır ki, insanlara, xüsusən də təsirə ən çox məruz qalan qadınlara, yaşlılara, gənclərə, aztəminatlılara, kiçik və orta bizneslərə, qeyri-rəsmi sektora və həssas qruplara diqqət yetirərək, bu virusla bütün bəşəriyyət naminə mübarizə aparmalıyıq.

BMT, viruslu yoluxmanın tədricən iqtisadi yoluxma halına gəlməsini və ziyanı aradan qaldırmaq üçün tələb olunan maliyyələşdirməni təyin edən sənədlər hazırlayıb. Beynəlxalq Valyuta Fondu (BVF), 2009-cu ildəkinə bənzər və ya ondan da ciddi bir tənəzzülə qədəm qoyduğumuzu elan edib”.

 

Antonio Quterreş Qlobal Ümumi Daxili Məhsulun ikirəqəmli faizinə bərabər müfəssəl cavab tədbilərinə ehtiyac olduğunu qeyd edib:

 

“İnkişaf etmiş ölkələr bunu özləri edə bilər və bəziləri həqiqətən də edirlər. Eyni zamanda, xüsusi borc hüquqlarının verilməsi yolu ilə biz BVF-in imkanlarını genişləndirməli, habelə resurslarını ehtiyacı olan ölkələrə sürətlə yatıra bilməsi üçün digər beynəlxalq maliyyə qurumlarının imkanlarını ciddi şəkildə artırmalıyıq. Bilirəm ki, bu çətindir, çünki ölkələr hazırda daxili xərclərini rekord səviyyədə artırmaqdadırlar. Virusa nəzarət etməsək, çəkdiyimiz xərclərin bir faydası olmayacaq.

Mərkəzi banklar arasında aktivlərin razılaşdırılmış mübadiləsi də inkişaf etməkdə olan ölkələrə likvidlik imkanı aça bilər. Borcların azaldılması da prioritet olmalı, o cümlədən 2020-ci il üçün faizlərdən dərhal imtina edilməlidir.

 

Üçüncüsü, effektli bərpa prosesini keçirin.

Böhrana qarşı aciz qalan cəmiyyətlərimizlə COVID-19-dan əvvəl olduğumuz nöqtəyə qayıda bilmərik. Pandemiya, ən sərt şəkildə, səhiyyə sistemlərində, sosial müdafiə və ictimai xidmətlər sahəsində boşluqlara görə ödədiyimiz qiyməti xatırlatdı. Formal iqtisadiyyatın gözə görünməyən və ödənilməyən əmək fonunda dayanmasını təmin edən bərabərsizliyi, ələlxüsus gender bərabərsizliyini bariz şəkildə nümayiş etdirdi. Mövcud vəziyyət qadınlara qarşı stiqma və zorakılıq da daxil olmaqla davam edən insan haqları problemlərinə bir daha işıq saldı.

Bu gün pandemiya, iqlim dəyişikliyi və digər qlobal problemlər qarşısında daha dayanıqlı, daha inklüziv və güclü iqtisadiyyat və cəmiyyət qurmaq səylərimizi ikiqat artırmağın vaxtıdır. Bərpa prosesi fərqli bir iqtisadiyyata yol açmalıdır. 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri yol xəritəmiz olaraq qalır.

Ölkələrin cavab tədbirlərini dəstəkləməklə, tədarük zəncirlərimizi dünyanın ixtiyarına verməklə və qlobal atəşkəsi təşviq etməklə Birləşmiş Millətlər Təşkilatı sistemi bütövlüklə səfərbər olmuş vəziyyətdədir.

 

Pandemiyaya hər yerdə son qoymaq həm mənəvi, həm də dərk etdiyimiz maraq məsələsidir. Bu qeyri-adi vaxtda öyrəşdiyimiz vasitələrdən istifadə edə bilmirik. Fövqəladə hal fövqəladə tədbirlər tələb edir. Hamımızdan və hamımız üçün qətiyyətli, razılaşdırılmış və yenilikçi hərəkət tələb edən böyük bir sınaqla üzləşmişik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Gürcüstanlı deputat Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48