Arxiv
17 Aprel 2020, 20:23 | PARLAMENT
"Ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyada belə qüvvələrə yer yoxdur" - Sahibə Qafarova 

Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Modern.az həmin çıxışı təqdim edir:


Hörmətli həmkarlar, bildiyiniz kimi aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirildi. Bu müşavirə bir çox vacib məqamları ilə diqqəti cəlb edir. Möhtərəm Prezidentimiz özünün dərin məzmunlu nitqində ölkə iqtisadiyyatının vəziyyətini və inkişaf perspektivlərini ətraflı təhlil etdi. Məmnunluqla qeyd olunmalıdır ki, birinci rübün göstəricilərinə görə ölkə iqtisadiyyatının əldə etdiyi nəticələr bütövlükdə müsbətdir.

Əlbəttə, dünyanın bütün ölkələrində yaşanan koronavirus pandemiyası Azərbaycandan da yan keçməmişdir və sosial-iqtisadi həyatımıza mənfi təsir göstərməkdə davam edir. Amma mən əminəm ki, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət həm insanlarımızın sağlamlığını qorumağa, həm də iqtisadiyyatımıza dəyən ziyanın sürətlə  aradan qaldırılmasına imkan verəcəkdir.

Hörmətli həmkarlar!
Cənab Prezident öz çıxışında ölkədə struktur islahatlarının davam etdirilməsi məsələlərinə də toxundu, icra orqanlarında, parlamentdə aparılan kadr dəyişikliklərini qeyd etdi. Dövlət başçısı belə bir fikri də ifadə etdi ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır.
Mən əmin etmək istəyirəm ki, altıncı çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələr bundan sonra da ardıcıl yerinə yetiriləcək və ölkə parlamenti Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.

Hörmətli deputatlar, bir məqama da toxunmaq istərdim. Həmin müşavirədə möhtərəm cənab Prezident beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox mühüm məsələlərlə bağlı əsaslandırılmış, ciddi arqumentlərə söykənən münasibətini diqqətə çatdırdı. O cümlədən, möhtərəm Prezidentimiz Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsini haqlı olaraq kəskin tənqid etdi.

Hörmətli həmkarlar, siz bilirsiniz ki, mən son on il AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam, həmin qurumun Büro üzvü və Komitə sədri kimi fəaliyyət göstərmişəm. Bu dövr ərzində mən və mənim hörmətli həmkarlarım bir çox hallarda qurumda ölkəmizə qarşı qərəzli münasibətin şahidi olmuşuq. Avropa Şurası Parlament Assambleyasında cəmləşmiş ermənipərəst dairələrin Azərbaycana böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün saxta qətnamələr və qərarlar qəbul etmək, Azərbaycanı qaralamaq cəhdlərini dəfələrlə müşahidə etmişik. Mən deyərdim ki, bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də artıq onların maraqlarını müdafiə ediblər.

Bu gün isə Parlament Assambleyasının qondarma “Dağlıq Qarabağ”dakı cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi qəbulolunmazdır. Hesab edirəm ki, bu, həm də beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlikdir. Ona görə də, biz AŞPA-nın bu davranışını qəti şəkildə pisləyirik və bununla əlaqədar Milli Məclis tərəfindən Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərilib.

Hörmətli həmkarlar, bir məsələni də qeyd etmək istərdim. Möhtərəm Prezidentimiz müşavirədəki nitqində ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyanın və siyasi dialoq mühitinin gücləndirilməsi istiqamətində atılan addımları təqdir etdi.

Azərbaycanda milli mənafedən, dövlətçilik maraqlarından çıxış edən bütün sağlam müxalifət partiyaları bu dialoqda iştirak edir, prosesə töhfə vermək üçün müvafiq addımlar atırlar. Çox təəssüf ki, hər zaman Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə qarşı çıxış edən bəzi marginal qruplar bu dialoqdan imtina edib, xarici amilə bel bağlayıblar. Dövlətə qarşı düşmənçilik edən belə qrupların əsl məqsədi ölkəmizdə gərginlik yaratmaqdır. Özlərinə radikal müxalifət adını verən bu cür dağıdıcı qüvvələr hətta bütün bəşəriyyəti sarsıdan pandemiyadan və koronavirusdan belə öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə etmək istəyirlər. Təbii ki, Azərbaycan cəmiyyəti, xalqımız bu cür davranışları görür və onların qeyri-sağlam, antimilli fəaliyyətini qətiyyətlə pisləyir. Azərbaycan xalqının mövqeyi bu yöndədir ki, ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyada belə qüvvələrə yer yoxdur.      

Hörmətli həmkarlar, bildiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Sabah Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları və Aparatın əməkdaşları könüllü qan verə bilərlər. Aksiya barədə əlavə məlumatı  Milli Məclisin Aparatından ala bilərsiniz.

Hörmətli həmkarlar, ötən iclasda biz Nazirlər Kabinetinin hesabatını dinlədik. Ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Baş nazirinin məruzəsi videoyazı şəklində təqdim edildi. Sizə bildirirəm ki, Milli Məclisin iclasının bu hissəsinin stenoqramı və videoyazısı, eləcə də çıxış edə bilməmiş 31 deputatın çıxışlarının və suallarının yazılı mətnləri Nazirlər Kabinetinə göndərilmişdir. Əgər kiminsə əlavə çıxışı, təklifi və ya sualı varsa, bizə təqdim etsin ki, onu Nazirlər Kabinetinə göndərək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 2 nəfər öldü 15 Avqust 2020, 17:00 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı 15 Avqust 2020, 16:37 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51 Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA 15 Avqust 2020, 13:48 İşə başlayan kafe-restoranlarda bu qaydalara əməl edilməlidir - FOTOLAR 15 Avqust 2020, 13:44 Sumqayıtda bir nəfəri döyüb videoya çəkənlər tutuldu - FOTO/VİDEO 15 Avqust 2020, 13:41 Nigeriyada Azərbaycanın Dostları Təşkilatı konsert keçirdi - Video 15 Avqust 2020, 13:36 Paytaxtda evdən 40 min dollarlıq oğurluq olub 15 Avqust 2020, 13:33 Bazar gününün havası   15 Avqust 2020, 13:27 Qatqı maddələri, yoxsa qida əlavələri? 15 Avqust 2020, 13:20 Hikmət Hacıyev qərargahla bağlı satirik video hazırlayan şəxsi PA-na dəvət etdi - VİDEO 15 Avqust 2020, 13:14 Polisdən qadına zorakılıq edilməsi ilə bağlı xəbərə CAVAB 15 Avqust 2020, 13:06 Çin və İtaliyadan Azərbaycana gələn həkimlərə pul verilirmi? 15 Avqust 2020, 13:00