Modern.az

Sabiqlərin koronavirusla mübarizəyə ayırdığı ianə - SİYAHI

Sabiqlərin koronavirusla mübarizəyə ayırdığı ianə - SİYAHI

Ölkə

20 Aprel 2020, 15:26

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir.

İndiyədək Fonda 112 milyon 574 min 165 manat vəsait köçürülüb.

 

Bu məbləğin 20 milyon manatı Prezidentin Ehtiyat Fondundan köçürülüb. Qalan hissəsi isə hüquqi (3095) və fiziki şəxslər (10230) tərəfindən yardım edilib. Hüquqi şəxslərdən yığılan vəsaitin məbləği 85 milyon 252 min 958, fiziki şəxslərdən yığılan vəsait isə 6 milyon 980 min 625 manatdır.

 

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı sözügedən Fonda ianə edən şəxslər arasında keçmiş məmurlar, deputatlar da var. Modern.az onların adlarını və köçürdüyü vəsaitin miqdarını (manatla) təqdim edir:

 

  1. İsmət Abbasov (Baş Nazirin keçmiş müavini) - 5000
  2. Hacıbala Abutalıbov (Baş Nazirin keçmiş müavini) - 37 200
  3. Əflatun Amaşov (keçmiş deputat) - 1730
  4. Tağı Əhmədov (Bakı Metropoliteninin keçmiş rəisi) - 5000
  5. Əvəz Ələkbərov (keçmiş Maliyyə naziri) - 5500
  6. Aydın Əliyev (Dövlət Gömrük Komitəsinin keçmiş sədri) - 3000
  7. Heydər Əsədov (keçmiş Kənd Təsərrüfatı naziri) - 5000
  8. Çingiz Əsədulla (keçmiş deputat) - 10 000
  9. Əliağa Hüseynov (keçmiş deputat) - 2000
  10. Nazim İmanov (keçmiş deputat) - 500
  11. Abel Məhərrəmov (BDU-nun keçmiş rektoru, keçmiş deputat) - 3000
  12. Nuşirəvan Məhərrəmli (MTRŞ-in keçmiş sədri) - 1000
  13. Etibar Məmmədov (keçmiş deputat, AMİP lideri) - 2000
  14. Qərib Məmmədov (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri) - 500
  15. Ziya Məmmədov (keçmiş Nəqliyyat naziri) - 2000
  16. Səlim Müslümov (keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) - 4500
  17. Çingiz Qənizadə (keçmiş deputat) - 500
  18. Elxan Süleymanov (keçmiş deputat) - 7800
  19. Elmira Süleymanova (keçmiş ombudsman) - 1000
  20. Mirzəcan Xəlilov (keçmiş deputat) 10 000
  21. Dilarə Seyidzadə ( Prezidentin keçmiş köməkçisi) - 2000
  22. Əli Həsənov (Prezidentin keçmiş köməkçisi, şöbə müdiri) - 2250.
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır