Modern.az

AMEA-nın mətbuat katibinin oğlu yol qəzasında öldü

AMEA-nın mətbuat katibinin oğlu yol qəzasında öldü

Allah rəhmət eləsi̇n

6 May 2020, 23:47

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürova ağır itki üz verib.

Modern.az xəbər verir ki, A.Şükürovun oğlu avtoqəza nəticəsində vəfat edib.

 

A.Şükürovun yaxın dostu Vüqar Əhməd  bu barədə sosial şəbəkədə yazıb:

"AMEA-nın icitimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, yaxın dostum Ağahüseyn Şükürovun böyük oğlu bu gün səhər avtomobil qəzasında həlak olub. Çox üzüldüm, çox ağladım. Allah heç düşmənə də bala dərdi göstərməsin. Allah rəhmət eləsin. Mərhum bu gün Masallıda doğma kəndlərində dəfn olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır