Arxiv
8 May 2020, 13:24 | PARLAMENT
“Yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü daxil olacaq” - SPİKER

“İkinci Dünya müharibəsində qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. O bildirib ki, müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılıb, onların 40 min nəfəri cəbhəyə könüllü gedib:

 

“320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstəriblər. 400 mindən çox azərbaycanlı döyüş orden və medalları ilə təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda həmin dövrdə 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri – məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olub”.

 

Spiker qeyd edib ki, Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak ediblər:

 

“Bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Azərbaycan Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər”.

 

S.Qafarova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram günü daxil olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır 29 May 2020, 08:21 Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Qlobal Qəzetçilər Şurasından Azərbaycana bayram təbriki - FOTO 29 May 2020, 01:06 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51