Modern.az

Sabiq nazir vəfat etdi - DOSYE

Sabiq nazir vəfat etdi - DOSYE

10 May 2020, 19:15

1997-2004 –cü ilərdə Azərbaycanın rabitə naziri olmuş Nadir Əhmədov  vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə N.Əhmədovun yaxınları bildiriblər.

Mərhumun sabah dəfn ediləcəyi qeyd edilib.


Modern.az eks-nazirin tərcümeyi-halını təqdim edir:


Nadir Alı Əhmədov 1940-cı ildə Şəki rayonunun Göynük mahalının Aşağı Layisqi kəndində anadan olub. 1960-cı ildə Bakı Rabitə Texnikumunu, 1965-ci ildə isə Odessa Rabitə Elektrotexnika İnstitutunun Elektrik rabitəsi fakültəsini bitirib.
1968-70-ci illərdə Sovet Ordusunda xidmət edib. 1960-85-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, daha sonra 12 il rəis işləyib.

1985-ci ildən 1997-ci ilədək (12 il) rabitə nazirinin müavini və 1997-ci ildən 2004-cü ilədək (7 il) rabitə naziri vəzifəsində işləyib. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.

Dövlət və ictimai işlərdə xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif olunub, SSRİ Rabitə Nazirliyinin «Rabitə ustası» adına, Respublikanın «Əməkdar rabitəçisi» fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülüb. ABŞ-ın Bioqrafiyalar İnstitunun dünyada apardığı sorğuya əsasən Nadir Əhmədov «2001-ci ilin adamı» seçilib, 2002-ci ildə ABŞ-da aparılan digər sorğuya əsasən «Dünyanın qabaqcıl ziyalıları» tituluna layiq görülüb.

N.Əhmədov KİV və Sosial Araşdırma Mərkəzləri tərəfindən 2000-ci ildə «İlin ən işgüzar dövlət məmuru», 2001-ci ildə «İlin ciddi siması», 2002-ci ildə «İlin naziri», 2003-cü ildə «İlin dövlət məmuru» və «Veteranların dostu» adına layiq görülüb.

1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
Mərhum Qarabağ müharibəsinin veteranı idi.
N.Əhmədov Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıydı. 3 övladı var. 

Allah rəhmət eləsin...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi