Modern.az

Prezidentin köməkçisindən Dilqəmlə Şahbaz barədə AÇIQLAMA

Prezidentin köməkçisindən Dilqəmlə Şahbaz barədə AÇIQLAMA

Aktual

13 May 2020, 17:55

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı məsələ bilavasitə Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə edilir. BQXK-nın aidiyyatı yerli nümayəndəlikləri də bu prosesdə Azərbaycan Respublikasına dəstəkçi olurlar və müəyyən əlaqələndirməni, rabitəni həyata keçirirlər".

 

Modern.az-ın məlumatına görə bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında girovların koronavirus testindən keçirilməsilə bağlı sualı cavablandırarkən bildirib.

 

O qeyd edib ki, məhz pandemiya səbəbindən "hamının hamıya" prinsipinin tətbiq edilməsinə çalışılır:

 

"Təbii ki, Azərbaycanın çağırışı da ondan ibarətdir ki, məhz Covid-19 riskini, onun yaratdığı qlobal-humanitar fəlakəti nəzərə alaraq, humanist məramlardan çıxış edərək “hamının hamıya” prinsipi əsasında girovların dəyişdirilməsi həyata keçirilsin. ATƏT-in Minsk qrupunun həmsədrlərinə, aidiyyəti beynəlxalq təsisatlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə girovlarımızın səhhəti ilə bağlı, o cümlədən Covid-19-dan irəli gələn səhiyyə problemləri ilə bağlı müraciətlərimiz davamlı şəkildə edilir və bundan sonra da ediləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır