Arxiv
18 May 2020, 12:00 | ÖLKƏ
Yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır?.. - Rəsmi CAVAB

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilsə də, bu gündən xüsusi karantin rejiminin yumşaldılmasının tətbiqinə başlanılıb. Maraqlıdır, yoluxmanın yenicə artmağa başladığı mart ayında tətbiq edilən xüsusi karantin rejimi yoluxmanın çoxaldığı vaxtda niyə yumşaldılır?

 

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin mərhələdə xüsusi karantin rejiminin tətbiqi xəstəliyin sürətlə yayılmasının qarşısını almağa kömək edib:

 

“Bununla da başqa ölkələrlə müqayisədə yoluxmanı minimum həddə saxlaya bilmişik. Ötən müddət ərzində koronavirusla mübarizədə milli səfərbərlik təmin edilib. Bu müddətdə ölkə daxilində zəruri qoruyucu məhsulların istehsalı təşkil olunub. Hazırda Azərbaycanda gündəlik təqribən 250 min maska istehsal olunur və 500 min istehsal potensialı formalaşdırılmaqdadır. Dezinfeksiyaedici məhsulların kifayət qədər istehsalı ilə xaricdən asılılıq xeyli azaldılıb. Həmçinin, bu müddət ərzində xaricdən zəruri tibbi vəsaitlər və avadanlıqlar tədarük edilib, uzunmüddətli təminat mexanizmləri yaradılıb. Zəruri maliyyə ehtiyatları formalaşdırılıb, çarpayıların sayını artırmağa, səhiyyə infrastrukturunu genişləndirməyə nail olunub”.

 

Hökumət rəsmisinin sözlərinə görə, ötən müddət ərzində xəstələrin əksər hissəsinin sağalması ilə müalicə təcrübəsi formalaşıb:

 

“Koronavirusla bağlı situasiyanı idarə etmək üçün təşkilati təcrübə artıb, əhalidə özünüqoruma vərdişləri və təcrübəsi yaranıb”.

 

İ.Məmmədov qeyd edib ki, bütün dünya karantin rejimindən çıxma mərhələsinə qədəm qoyub:

 

“Belə bir maddi-texniki, təcrübə və biliklər bazasını daha da genişləndirmək və onun üzərində karantin rejimindən tədricən çıxmaq imkanları yaranıb.

Bununla belə, yoluxmanın yüksək olduğu zonalar xüsusi nəzarətdə saxlanılır və vətəndaşlarımızın yüksək məsuliyyət nümayiş etdirməsinə də inamımız var. Karantin rejimi dövründə vətəndaşlarımızın əksəriyyətinin yüksək  məsuliyyət nümayiş etdirməsi buna əsas verir.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara müraciətlərində vətəndaşlara situasiyaya məsuliyyətli yanaşmağa dair çağırış edilib. Vətəndaşlar da indiyə qədər dövlət başçısının bütün çağırışlarına həmrəylik nümayiş etdirməklə cavab veriblər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30 Daha bir bölgə Haftardan alındı - Liviya ordusu hücuma keçdi 6 İyun 2020, 19:22 Neft hasilatının azaldılması bir ay uzadıldı - OPEC+ 6 İyun 2020, 19:14 Moldovada COVID-19-a yoluxanların sayı 9,5 mini ötdü 6 İyun 2020, 19:05 İndoneziyada helikopter qəzası - 4 ölü 6 İyun 2020, 18:58 Dünya neft ehtiyatları 1,5 milyard barel artdı 6 İyun 2020, 18:47 Zərdabda 1 tondan artıq çətənə bitkisi məhv edildi 6 İyun 2020, 18:38 Ölkədə koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ 6 İyun 2020, 18:33 Qazax sakini evində ölü tapıldı 6 İyun 2020, 18:29 Karantin rejimini pozan 900 nəfər cərimələndi - DYP 6 İyun 2020, 18:25 "Nikol Paşinyan da dindirilməlidir" - Vanetsyan 6 İyun 2020, 18:24 Kürdəmirdə 20 yaşlı gənc göldə batıb 6 İyun 2020, 18:15 Azərbaycanda koronavirusdan sağalanların sayı 4000-i ötdü 6 İyun 2020, 18:06 Azərbaycanda koronavirus ANTİREKORDU - 379 yeni yoluxma, 2 ölüm 6 İyun 2020, 17:56 "COVİD-19"un vətənində SON DURUM 6 İyun 2020, 17:48 Sərt karantin rejimin tətbiq olunduğu rayon və şəhərlərin deputatları DANIŞDI 6 İyun 2020, 17:40 Bakıda oğul atasını bıçaqladı 6 İyun 2020, 17:31 Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir 6 İyun 2020, 17:23 DİM onlayn imtahanların ilk sınağını keçirdi 6 İyun 2020, 17:14 Qəbələ və Oğuza dolu yağır - Faktiki hava 6 İyun 2020, 17:06 Rəsmi Tbilisi: “Azərbaycanlılarla gürcülər arasında nifaq salmaq istəyirlər” 6 İyun 2020, 16:58 “Taliban” 38 əfqan əsgərini azad etdi 6 İyun 2020, 16:49 Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25