Arxiv
18 May 2020, 21:40 | ÖLKƏ
Bakının xüsusi karantindən sonra ilk günü - FOTOREPORTAJ

Artıq bu gündən etibarən Nazirlər Kabinetinin qərarına əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda karantin rejimi yumşaldılıb.


Belə ki, yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub. Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla). Bundan başqa  muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.

Ən sevindirici xəbər isə, artıq aylardır ki, 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb.

İki aydır ki, qəribə bir sükut olan Bakı küçələrində, parklarında bu gün canlanma müşahidə olunub.


Kimisi sevgilisi, kimi övladı, kimi dostu ilə ya da elə təkbaşına qadağaının yumşaldılmasını gözləyirmiş kimi üz tutub şəhərə.

 

 

Əslində bir neçə aydır ki, insanlarsız boş görünən küçə və parklara bir rəngarənglik, hərarət qatılıb desək, yalan olmaz. Bunu sosial məsuliyyətini dərk edib uzun müddətdir ki, evdə qalan və əziyyətinin bəhrəsini görmüş kimi qərar verilər-verilməz istirahət üçün paytaxt küçələrinə axışan insanların gözündə görməmək qeyri-mümkün olardı. Bəli, onlar bu haqqı qazanıblar, məsuliyyətləri ilə, tək özlərini yox bütün cəmiyyəti düşünməkləri ilə.

 

Elə bu anılarını əbədiləşdirmək üçün Modern.az-ın əməkdaşı şəhərə, insanların arasına axışaraq şəhərin bu günkü mənzərəsini kamera ilə əbədiləşdirib.

 

Bir bayatıda deyildiyi kimi, tikmədim özüm qalam, tikdim ki, izim qala. İndi biz də, çəkdik ki, izimiz qalsın… Həmişə azadlıqda…

 

Fotolar: İsmət Paşa

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda dönər evinin sahibi 2 min manat cərimələndi 29 May 2020, 13:50 Məktəb və universitetlərdə ənənəvi dərs üsuluna qayıdış şagird və tələbələrə psixoloji təsir edəcək 29 May 2020, 13:43 Bakıda dəhşətli qətl - Ər arvadını gözəllik salonunda öldürdü 29 May 2020, 13:37 Türkiyə Böyük Millət Məclisinin Sədri Sahibə Qafarovaya zəng etdi 29 May 2020, 13:30 Müəllimlərin yerdəyişmə müsabiqəsinin detalları açıqlandı 29 May 2020, 13:23 DİM TOEFL imtahanı keçirəcək 29 May 2020, 13:15  Güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI 29 May 2020, 13:08 Ötən günün "yol terroru" - 6 qəza, 6 ölü, 1 yaralı 29 May 2020, 13:00 Beyləqanda ağır qəza - ata öldü, oğlu yaralandı   29 May 2020, 12:53 Azərbaycan özünün daxili imkanları ilə koronovirusla mübarizədə böyük nailiyyətlər əldə edib - Şeyx 29 May 2020, 12:45 İş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbulu başlayır 29 May 2020, 12:37 Cavanşir Feyziyev seçicilərlə görüşüb - FOTO 29 May 2020, 12:30 Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürdü 29 May 2020, 12:23 MİDA gələn aydan güzəştli mənzillərin satışına başlayacaq 29 May 2020, 12:14 Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxdu 29 May 2020, 12:06 Kolleclərə 47734 nəfər sənəd verdi 29 May 2020, 11:57 Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 29 May 2020, 11:48 Prezident fərman İMZALADI 29 May 2020, 11:40 ADU tələbə qəbulu elan etdi 29 May 2020, 11:32 Qonşusunun evindən oğurluq edən şəxs TUTULDU 29 May 2020, 11:23 Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO 29 May 2020, 11:15 Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTO 29 May 2020, 11:06 KOVİD-19-un ən çox yayıldığı ölkələrin SİYAHISI 29 May 2020, 10:58 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 29 May 2020, 10:50 Valideynlər Gömrük Akademiyasına təşəkkür etdilər 29 May 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 29 May 2020, 10:35 Bu rayonlarda peşə tədrisi mərkəzləri açılacaq 29 May 2020, 10:28 Meşədə narkotik becərən Oğuz sakinləri tutuldu 29 May 2020, 10:20 Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib - FOTO 29 May 2020, 10:13 Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44 DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 29 May 2020, 09:38 Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü 29 May 2020, 09:28