Modern.az

Türkiyədə 116111 nəfər koronavirusdan sağalıb

Türkiyədə 116111 nəfər koronavirusdan sağalıb

Aktual

22 May 2020, 21:29

Türkiyədə son sutka ərzində daha 27 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 276 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 952 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  154 500 nəfərə çatıb. Müalicə olunan 1 121  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  116 111 nəfər koronavirusdan müalicə olunub".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır