Modern.az

Bu ölkədə 2 mindən çox hamilə koronavirusa yoluxub

Bu ölkədə 2 mindən çox hamilə koronavirusa yoluxub

25 May 2020, 15:39

Rusiyada 2 min nəfərdən çox hamilədə yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb. 

 

Modern.az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş akuşer-ginekoloqu L. Adamyan bildirib. 

Onun sözlərinə görə, COVID-19 hamiləlik vaxtı anadan uşağa keçmir, yoluxma ancaq doğumdan sonra mümkün ola bilər.

 

“Bu gün bizim ölkədə koronavirus infeksiyalı 2561 hamilə var. Onlardan 2035 nəfərində bütün testlər təsdiqlənib”, - deyə L. Adamyan qeyd edib (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır