Modern.az

Böyük Britaniya honkonqlulara vətəndaşlıq verə bilər

Böyük Britaniya honkonqlulara vətəndaşlıq verə bilər

Aktual

29 May 2020, 17:35

Böyük Britaniya rəsmiləri BN (0) dərəcəli xarici pasportu olan Honkonq vətəndaşlarını qəbul etməyə hazır olduqlarını bildiriblər.

Modern.az-ın məlumatına görə, belə xüsusi sənədlər hazırda ÇXR-nın inzibati ərazisi, vaxtilə isə Britaniyanın koloniyası olan Honkonqda 1997-ci ilə qədər verilirdi. Bu sənəd sahibləri üçün viza rejimi ləğv olunmasa da, şərtlər xeyli yüngülləşəcək. Belə sənədə malik şəxslərə Birləşmiş Krallığa 6 ayadək gəlmək və ya burada təhsil almaq imkanı yaradıla bilər. Hazırda 300 min honkonqluda bu tip pasport var.     

Əgər Pekin Honkonqa qarşı milli təhlükəsizlik üzrə qanun layihəsini həyata keçirsə, London xüsusi pasport sahiblərinə ən azı Böyük Britaniya ərazisində kömək etmək istəyir. 

London rəsmiləri honkonlulara yardım edəcəklərini ABŞ-ın dövlət katibi Maykl Pompeonun Honkonq haqqında bəyanatından sonra vəd ediblər. ABŞ təmsilçisi  Pekinin söz verdiyi kimi Honkonqun yüksək səviyyəli muxtariyyətinin qalmadığını deyib. 

Bununla yanaşı son illər antimiqrassiya əhvalının artdığı Böyük Britaniyada BN-pasportu olanlara da vətəndaşlığın verilməsi məsələsini nəzərdən keçirmək istəməyiblər. Birləşmiş Krallıqda yaşayan honkonqluların özləri də nikbin deyillər. Onlar hazırda Honkonqda kütləvi etiraz aksiyalarında, əsasən, 1997-ci ildən sonra doğulanların iştirak etdiyini və onların xüsusi tipli pasportlarının olmadığını deyirlər. Bundan əlavə London məsələnin maliyyə şərtlərini açıqlamayıb. Ola bilsin ki, qoyulan şərtlər çoxunun cibinə uyğun gəlməsin.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi