Modern.az

Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi

Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi

30 May 2020, 17:34

Azərbaycanda jurnalist koronavirusdan dünyasını dəyişən anasının dəfnində iştirak edə bilməyib.

 

Modern.az xəbər verir ki, Supersport.Az-ın təsisçisi, baş redaktor, 44 yaşlı Anar Cəfərsoy bu xəstəlikdən əziyyət çəkdiyi üçün anası Zöhrə Cəfərovanın vida görüşündən kənar qalıb.

 

Üç həftədən çox koronavirusun acısını çəkən 69 yaşlı Z.Cəfərova, mayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib. Mərhumə bu gün Ağdam rayonunun Əfətli kəndində dəfn olunub.

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?