Arxiv
1 İyun 2020, 12:23 | AKTUAL
Naxçıvana müasir silahların yerləşdirilməsi ilə Prezidentin son İrəvan çıxışı arasında hansı bağlılıq var?

"Bir neçə gündən sonra Ermənistanda 4 günlük aprel döyüşlərinin nəticələrini araşdırmaq üçün 2016-cı ildə yaradılmış İstintaq Komissiyasının apardığı təhqiqat başa çatdırılacaq və nəticələrdən bir qismi ictimaiyyətə açıqlanacaq. Xatırladaq ki, 90-ci illərdə 1-ci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirlmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu bizim məğlubiyyətlərimiz üzərində qurduğumuz məhkəmə idi".

 

Modern.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. O deyib ki, Ermənistanda aprel döyüşlərindən sonra əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itirdilər:

 

"Serj Sarkisyan, Seyran Ohanyan, bir neçə ordu generalı nəinki vəzifələrindən getdilər, eləcə də İstintaqa çağrılmalı oldular. Xatırladaq ki, Sarkisyan və Ohanyandan başqa sabiq XİN Edvard Nalbandyan, sabiq baş nazir Karen Karapetyan, Bako Saakyan, o cümlədən Ağdərə, Cəbrayıl və digər ön cəbhələr üzrə döyüşlərdə iştirak edən hərbi hissə komandirləri, həmçinin Ordunun kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və digər yüksək rütbəli şəxslər də izahata cəlb olunublar. MDB Kollektiv Təhlükəsizliyinə 2017-də baş katib təyin olunub bir il sonra vəzifəsindən çıxarılan Yuriy Xaçaturov da izahata çağırılanlar sırasındadır. İstintaqın nəticəsində 1000 səhifədən artıq material toplanıb. Onun əsasında yeni cinayət işləri qaldırılacaqdır. İstintaq bütün hərbi və siyasi xarakterli məsələləri ən kiçik detallarına qədər araşdırır - Lələtəpə nə üçün əldən verildi, kəşfiyyat qrupu Azərbaycan ordusunun hərəkətləri barəsində tam məlumatlı idimi, hərbi sursat və yanacaq yetərli olubmu, xəyanət və satqınlıq baş veribmi, o cümlədən gecəgörmə cihazları və müşahidə qurguları düzgün çalışıbmı və sair".

 

Komitə sədri daha sonra bildirib ki, İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı Aprel müharibəsinə görə cəza tələb edir:

 

"Bu Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi İlham Əliyevin 4 günlük maharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il bundan əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmaga bütün güclərini səfərbər etdikləri bir vaxtda Ermənistanın inqilabi hakimiyyəti aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmaga çalışır. Təzadlı mənzərədir, lakin nəticə bizim xeyriməzdir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvanın bölgəsində Ali Baş Komandan İlham Əliyevin yerləşdirdiyi müasir reaktiv qurugular, "Kaplan", "Kasırğa" və sair raket qurgularının, hansı ki, hədəfi vurma məsafəsi 120 km-dir, onun təhülkəsi haqda silsilə yazılar gedir. Xatırladaq ki, Naxçıvandan İrəvana məsafə cəmi 42 km-dir. Bu gün öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan sual edir ki, İlham Əliyevın Naxçıvana müasir silahları yerləşdirilməsi ilə Azərbaycan prezidentinin son İrəvan çıxışı arasında hansı bağlılıq var? Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel mühahirbəsi İstintaqını öz həyati mənafləri üçün hər bir sətrini, hər bir hərəkətini izləmələdir. Bəli, gələcək müharibə üçün, yeni aprel, may, iyun döyüşləri üçün...".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Məmmədyarov istefa verəcək? - Nazirdən AÇIQLAMA 10 İyul 2020, 14:36 İlham Əliyevin təşəbbüsünü gözləniləndən çox dövlət dəstəkləyib - RƏSMİ 10 İyul 2020, 14:30 Kiyev Rusiya ilə müharibə ehtimalını QİYMƏTLƏNDİRDİ 10 İyul 2020, 14:24 Deputat İlham Məmmədov seçicilərilə görüşüb - FOTO 10 İyul 2020, 14:18 Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ 10 İyul 2020, 14:12 Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 Baş Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI 10 İyul 2020, 14:00 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 13:55 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47