Modern.az

Bölgələrdə yağıntılı hava daha 3 gün davam edəcək

Bölgələrdə yağıntılı hava daha 3 gün davam edəcək

Ölkə

Bu gün, 16:52

Bölgələrdə müşahidə olunan yağıntılı hava şəraiti yaxın 2-3 gündə də davam edəcək.

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

“Bəzi yerlərdə yağıntıların qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur”, - deyə G.Məmmədova bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır