Modern.az

Ebola qurbanlarının sayı 254-ə çatdı

Ebola qurbanlarının sayı 254-ə çatdı

Dünya

Bu gün, 16:54

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması davam edir.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, epidemiyanın başlanmasından indiyədək 1003 yoluxma halı təsdiqlənib. Virusa yoluxanlardan 254 nəfər həyatını itirib, 100 nəfər isə sağalaraq evə buraxılıb.

Rəsmilər bildirib ki, hazırda ölüm göstəricisi 25,3 faiz təşkil edir. Hazırda 365 nəfər təcrid olunub və ya xəstəxanalarda müalicə alır.

Qeyd olunub ki, epidemiya əleyhinə tədbirlər ölkənin İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ebola virusu infeksiyası zamanı orta ölüm göstəricisi təxminən 50 faizdir. Əvvəlki epidemiyalar zamanı bu göstərici 25 faizdən 90 faizə qədər dəyişib.

Xatırladaq ki, Ebola virusunun Bundibugyo növü ilk dəfə 2007-ci ildə aşkarlanıb və həmin dövrdə ölüm göstəricisi 32 faiz olub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır