Modern.az

Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir - Akif Nağı

Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir - Akif Nağı

3 İyun 2020, 13:30

“Dağlıq Qarabağın Azərbaycanlı icması ilə əməkdaşlıq etmək bizim üçün vacibdir və hər zaman buna çalışmışıq”.

 

Bunu Modern.az-a Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib. O, icmanın hazırkı fəaliyyətini təqdir etdiyini vurğulayib:

 

“İcmanın rəhbərliyi dəyişəndən sonra kifayət qədər fəal bir təsisat formalaşdı. Diplomatik fəaliyyətdə də lazımi səviyyədə işləyirlər. Ermənilərin istənilən təxribat cəhdlərinin qarşısını almaq üçün səy göstərirlər, çevik reaksiya verirlər.

 

Yeni rəhbərlik gələndən sonra icma ilə əlaqə saxladıq və görüşmək istədiyimizi bildirdik. Karantindən öncə görüşümüz baş tutdu. Vacib məsələləri, birlikdə fəaliyyət göstərə biləcəyimiz məqamları qeyd etdik. Erməni yalanlarının ifşası, cəmiyyətdə vətənpərvərlik hissinin yüksəldilməsi, ruh yüksəkliyinin daha da artırılması və s. baxımından ilkin razılaşmamız oldu. Lakin sonradan karantin rejiminin elan olunması, koronavirus təhlükəsinin ölkəmizin üzərində dolaşması bu addımları ertələməyimizə səbəb oldu. İstənilən halda əməkdaşlığı gündəmdə saxlayırıq. Qarşılıqlı şəkildə bir-birimizin addımlarını dəstəkləməyə hazırıq”.

 

Akif Nağı qeyd edib ki, bu ilin payız ayların Avropada Qarabağla bağlı önəmli layihə həyata keçiriləcək:

 

“Bizim Avropada layihəmiz var. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə İsveçdə Qarabağ həqiqətlərinin təbliği haqqında tədbir planlaşdırılıb.

2015-ci ilin dekabrında Beynəlxalq Qarabağ Forumu adlı qurum yaratmışıq. Burada Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və bir neçə Avropa ölkəsinin QHT-ləri təmsil olunurlar. İndiyə qədər ikisi Azərbaycanda, ikisi Türkiyədə, biri İranda olmaqla beş toplantı keçirmişik. Bu il payız aylarında daha geniş təmsilçiliklə tədbirlərimizi davam etdirməyi düşünürük. İstərdik ki, bu işdə Qarabağın Azərbaycanlı icması da bizə dəstəyini nümayiş etdirsin, əməkdaşlıq edək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir