Arxiv
3 İyun 2020, 17:20 | MEDİA
Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…” - MÜSAHİBƏ

Supersport.az portalının təsisçisi və baş redaktoru Anar Cəfərsoy karantində olduğu xəstəxanadan evə buraxılıb. İki həftədir koronavirus səbəbi ilə müalicə alan jurnalistin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

 

Xəstəlikdən sağalaraq evə buraxılan jurnalist Modern.az-a hazırkı vəziyyəti və müalicə aldığı dövrlə bağlı danışıb:

 

- Anar bəy, necə oldu koronavirusa yoluxdunuz? Karantin qaydalarına əməl etmirdiniz?

- Yox, koronavirusa yoluxmağım karantin qaydalarına əməl etməməyimlə bağlı olan məsələ  deyil. Mən qayda-qanunlara hər zaman riayət etmişəm, maksimum şəkildə virusdan qorunmağa çalışırdım. Amma xəstəlik anam vasitəsi ilə mənə keçdi. Belə ki, anam tikiş fabrikində çalışırdı. Mayın ilk həftəsi onun vəziyyəti pisləşdi, mən də övlad olaraq onun yanına gedib bir neçə gün ona qulluq etdim. Sonra tibbi yoxlamadan keçəndə onda virus aşkarlandı.  Mən də bir neçə gün sonra öz müraciətimlə xəstəxanaya getdim, koronavirus testimin nəticəsi müsbət çıxdı. Anamla karantin müddətində görüşə bilmədim,  xəstəxanaya yerləşdirildikdən sonra əlaqə olmadı. Onda əlavə xəstəliklər vardı -şəkərli diabet, böyrəyində problem olduğu üçün dünyasını dəyişdi.

- Karantində olduğunuz müddətdə həkimlərin, tibb personalının sizə münasibəti, xəstələrə qayğısı necə idi?

- 2 həftə ərzində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə aldım. Xəstəxana müasir standartlara tam cavab verir. Xəstələrə hər gün 3-4 dəfə yüksək səviyyədə yemək verilir, dezinfeksiya işləri görülür. Həkimlərin xəstələrə münasibəti isə çox əladır. Bütün tibb işçiləri kimliyindən aslı olmayaraq hamıya eyni diqqət və qayğı ilə yanaşır. Həkimlər, tibb personalı fiziki məhdudiyyəti olan insanlara o qədər içdən yanaşırdı ki, bu münasibət və sevgini mən jurnalist kimi fəaliyyət göstərdiyim 23 il ərzində görməmişdim. Həqiqətən mən onlarla qürur duydum. 8 saat ərzində eyni geyimdə olmaq və qidalana bilməmək isə çox müşkül məsələdir. Nəzərə alsaq ki, virusun yayılması üçün kondisioner təhlükəlidir, tibb işçilərinin işi yayda daha çətin olacaq.

- İndi özünüzü necə edirsiniz, işə qayıtmağı düşünürsünüz?


- İmmun sistemim təbii olaraq əvvəlki qaydada deyil. Həkimlər gücləndirici dərmanlar, vitaminlər qəbul etməyimi bildirib. İşə isə qayıtmamışam, karantin qaydalarına əməl edib evdən çalışmağı düşünürəm.

- Ananızın dəfn prosesində də iştirak edə bilmədiniz…

- Açığı anamın ölümü ilə sanki şok keçirdim. Dəfnində iştirak edə bilməməyim isə məni bir başqa cür üzdü. Anam Ağdam rayonunda dəfn edildi. Bir müddət sonra onun məzarını ziyarət etməyi düşünürəm.


- Son olaraq insanlara, koronavirusa inanmayanlara müraciətinizi eşitmək istərdik.

- Koronavirus çox dəhşətli xəstəlikdir. Virus qana keçsə, həyatı risk çoxalır və şəxsin müalicəsi müşkülə çevrilir. Buna görə insanlara çağırış etmək istəyirəm. Virusa inanmayanlara demək istəyirəm ki, mən necə öskürürdümsə, ciyərlərim sanki yerindən qopurdu, şok vəziyyətinə düşürdüm. Hətta xəstəxanada olanda nəfəs almaqla bağlı problemlərim oldu, mənə süni hava verildi.
ona görə hamı çalışıb maksimum qorunmalı, ətrafındakıları da qorumalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib 12 İyul 2020, 10:51 İsveçrə klubu karantinə alındı 12 İyul 2020, 10:48 Kürdəmirdə ata oğlunu güllələyərək öldürdü 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46 Əfsanəvi aktyor koronaya yoluxdu 11 İyul 2020, 22:29 İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12 Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18