Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə namizədliyi nəzərdən keçirilir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, hazırda Kostanyan bu vəzifə üçün yeganə namizəd hesab olunur. Lakin onun təyinatının baş tutması üçün Türkiyə tərəfinin də razılığı tələb olunur. Bu səbəbdən yekun qərarın hələ qəbul edilmədiyi bildirilir.
Məlumatla bağlı açıqlama verən Vaan Kostanyan isə belə müzakirələrin aparılmadığını bildirib.
Qeyd edək ki, hazırda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi vəzifəsini parlament sədrinin müavini Ruben Rubinyan icra edir. O, gələn aydan etibarən Ermənistan parlamentinin sədri olacaq.