Modern.az

Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ

Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ

Aktual

5 İyun 2020, 14:34

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 15 bölgəni əhatə edən həftəsonu küçəyə çıxma qadağasının ləğv edildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu qərarı "Twitter"də paylaşan ölkə başçısı vətəndaşlarından məsuliyyətli olmalarını xahiş edib:

 

"Bildiyiniz kimi, virus yayıldığı zaman millətimizi koronavirusa qorumaq üçün çox sayda tədbir həyata keçirdik. Bunlardan biri də həftəsonu küçəyə çıxma qadağası idi. Əslində, son məhdudiyyətlər sonra bu metoddan istifadə etmək istəmirdik. Lakin bir müddət əvvəl 700-ə qədər enən yoluxma sayı minin üstünə çıxmağa başladı. Bu mənfi tendensiyadan sonra qadağanı təkrar tətbiq etməli olduq. 2.5 aydan sonra təkrar gündəlik yaşantısını düzəltməyə çalışan vətəndaşlarımızın sıxıntıya düşməyinə ürəyimiz razı gəlmədi. Buna görə də 15 bölgəmizi əhatə edən həftəsonu qadağasını tətbiq etməkdən vaz keçdik. Vətəndaşlarımızdan bu müddət ərzində maska və təmizlik qaydalarına ciddi şəkildə əməl etmələrini xahiş edirəm".(Yenisabah.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür