Modern.az

Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır

Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır

5 İyun 2020, 22:24

Fransada son bir gündə koronavirusdan ölənlərin sayı 46 nəfər artıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, COVID-19 qurbanlarının ümumi sayı 29 111 nəfərə çatıb. Onlardan 18 761 nəfəri xəstəxanalarda, 10 350 nəfər sosial və tibbi-sosial müəssisələrdə vəfat edib.


Qeyd edilir ki, epidemiyanın başlanğıcından xəstəxanalara 102 445 insan yerləşdirilib, onlardan 18 061-i reanimasiya şöbələrində müalicə alıblar. Çərşənbə gününə olan məlumata görə, virusa yoluxmuş 70 504 insan sağalaraq evə buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər