Modern.az

Şuşa qalasının ən son FOTOSU

Şuşa qalasının ən son FOTOSU

Qarabağ

22 İyun 2020, 15:23

Ermənilərin işğal altında saxladıqları Şuşa şəhərindəki Şuşa qalasının yeni fotosu yayımlanıb.


Modern.az
xəbər verir ki, qala divarlarının üzərindəki Azərbaycan dilində yazılmış "Şuşa" sözü erməni sözü ilə əvəzlənib. Düşmən qala divarları üzərinə ermənicə “Şuşi” yazıb.


Qalanın yerləşdiyi ərazi strateji baxımdan olduqca əlverişlidir. Belə ki, Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Qarabağ xanı Pənahəli xan 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verib və Qarabağ xanlığının mərkəzi bura köçürülüb. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.

Qala divarları vaxtilə şəhərin İran və rus qoşunlarından müdafiəsində önəmli rol oynayıb.

Şuşanı əhatə edən qala divarları uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. 

Qalanın uzunluğu 2,5 kilometr, hündürlüyü 7-8 metrdir.

Şuşa 8 may 1992-ci ildə Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilib.


Dağlıq Qarabağdakı qondarma rejim işğal edilmiş Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrini bir-birinin ardınca erməniləşdirir. Ermənilər tarixi Şuşa qalasında 2020-ci ildə restavrasiya işi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir