Modern.az

Azərbaycanda 478 nəfər koronavirusa yoluxdu - 7 nəfər vəfat etdi

Azərbaycanda 478 nəfər koronavirusa yoluxdu - 7 nəfər vəfat etdi

22 İyun 2020, 19:08

Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

Hazırkı dövrədək Azərbaycanda ümumilikdə 13 207 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı