Modern.az

Ermənilərin yeni Qarabağ PLANLARI: Xınzirək-Xanlıq yolu, Zəngilanda 43 evin tikintisi...

Ermənilərin yeni Qarabağ PLANLARI: Xınzirək-Xanlıq yolu, Zəngilanda 43 evin tikintisi...

Qarabağ

24 İyun 2020, 23:14

Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan Dağlıq Qarabağ süni məskunlaşdırma və infrastuktur tikintisi ilə bağlı yeni planlarını açıqlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçıların rəhbəri bu il Ermənistanın Gorus rayonunun Xınzirək kəndindən Qubadlı rayonunun Xanlıq kəndinə 44 kilometrlik yolun tikintisi barədə göstəriş verib.


Bundan başqa, Zəngilan rayonu ərazisində çoxuşaqlı ailələr üçün 43 fərdi evin tikintisi, Arazboyu ərazidə suvarma üçün irriqasiya şəbəkəsinin yaradılması, Laçın, Zəngilan, Kəlbəcər və Qubadlı rayonlarına Ermənistan və diaspor ermənilərinin köçürülməsi üçün maliyyə yardımı ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü